BƏLƏDİYYƏLƏRİN MİLLİ MƏCLİSDƏ HESABAT VERMƏSİ İLƏ BAĞLI QANUN LAYİHƏSİ HAZIRLANIR
Bakı, 11 sentyabr (AZƏRTAC). Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirmişdir ki, bələdiyyələrin Milli Məclis qarşısında hesabat verməsi ilə bağlı qanun layihəsi hazırlanır.
Bu ilin martında keçirilmiş referendum nəticəsində Konstitusiyaya yerli özünüidarəetmə orqanlarının parlament qarşısında hesabat verməsinə dair bənd əlavə olunmuşdur. Hazırlanan qanun layihəsində bu hesabatın mexanizmləri, qaydaları əks olunacaqdır.
Komitə sədri qeyd etmişdir ki, sənədin hazırlanması prosesi tezliklə yekunlaşarsa, o, Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxarılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [19:35]
Beynəlxalq konfransın iştirakçıları “Atəşgah məbədi” ilə tanış olublar
- 02.06.2026 [03:18]
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir
- 01.06.2026 [22:15]