BƏRDƏ RAYONU MƏKTƏBLƏRİNİN MƏZUNLARINDAN 267 NƏFƏRİ ALİ MƏKTƏBLƏRƏ DAXİL OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Bərdədə bu il tələbə adını qazanmış gənclərlə görüş keçirilmişdir.
Görüşdən əvvəl müəllim və tələbələr ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
İcra hakimiyyətinin başçısı İlham Ağayev son illərdə təhsilin keyfiyətinin və maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində görülən işlərdən danışmış, Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində bu il birinci sinfə gedəcək şagirdlərin məktəbli çantası və ləvazimatları ilə təmin olunmasına görə Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Bu il rayonun 1726 məzunundan 267 nəfəri ali məktəblərə, 162 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Ali məktəblərə qəbul edilənlərin 32 nəfəri “Ən yaxşı məktəb” adına layiq görülmüş akademik Zərifə Əliyeva adına şəhər orta məktəbinin məzunlarıdır.
Görüşdə akademik Zərifə Əliyeva adına orta məktəbin direktoruna və qəbul imtahanlarında yüksək bal toplamış gənclərə hədiyyələr verilmişdir.
Tədbir konsert proqramı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]