Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib
Bərdə, 8 iyun, AZƏRTAC
Bərdə rayonunda canavarlar fərdi təsərrüfata hücum edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çələbilər kəndində məskunlaşan Ağdam rayon sakini Vüqar Əhmədovun təsərrüfatında baş verib. Gecə saatlarında təsərrüfata hücum edən canavarlar 30 baş qoyunu tələf edib, 25 baş qoyunu yaralayıb.
Bərdə rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin əməkdaşları tərəfindən yaralı heyvanlar nəzarətə götürülüb, ərazidə dezinfeksiya işləri aparıb.