BƏRDƏDƏ ELEKTRİK ENERJİSİ HAQQININ TAM ÖDƏNİLMƏSİ ÜÇÜN TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
Rayon paylayıcı elektrik şəbəkəsinin rəisi Kamil Hacıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, müəssisə 22 min 662 abonentə xidmət göstərir. Enerji itkisinin qarşısının alınması üçün sayğac quraşdırılması işləri sürətlə aparılır. 2005-ci ilin noyabr-dekabr aylarında 1560, 2006-cı ilin iyul-avqust aylarında isə 4542 sayğac quraşdırılmışdır. Bunun 2574-ü rayon mərkəzində, 3528-i isə kəndlərdə quraşdırılmışdır. Enerji haqqının yığılmasının gedişi ilə əlaqədar icra hakimiyyətində xüsusi komissiya yaradılmışdır.
Avqust ayında 25 milyon 722 min kilovat-saat elektrik enerjisi sərf olunmuş, 386 min 343 manat enerji haqqı ödənilmiş, ümumi yığım faizi 64,52 faiz olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:11]
Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb
- 16.10.2026 [12:03]
Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib
- 16.10.2026 [12:01]
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]