BƏRDƏDƏ ƏLİLLƏR ÜÇÜN YENİ YAŞAYIŞ BİNASI İNŞA EDİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bərdə rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti hesabına Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının inşasına başlanmışdır. Yeni yaşayış binası ilin sonunadək istifadəyə veriləcəkdir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.