BƏRDƏDƏ TAXIL BİÇİNİ BAŞA ÇATMIŞDIR
Bərdə, 21 iyul (AZƏRTAC). Bərdə rayonunda taxıl biçini başa çatmışdır. Rayon statistika idarəsinin rəisi Əlövsət Məmmədov bildirmişdir ki, cari ildə 27 min 196 hektar sahədə taxıl yetişdirilmişdir. Bu da ötən illə müqayisədə 5 min 565 hektar çoxdur. Taxıl zəmilərinin 25 min 527 hektarı buğda, 1 669 hektarı arpadır.
Taxıl biçinini vaxtında və itkisiz başa çatdıran torpaq sahibləri rayon tarixində ilk dəfə olaraq 94 min 13 ton taxıl istehsal etmişlər ki, bu da ötən ildəkindən 23 min 701 ton çoxdur. Ümumi məhsul istehsalının 89 min 587 tonu buğda, 4 min 426 tonu arpadır. Hər hektardan 34,6 sentner məhsul götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]