Berlin əcnəbilərin müalicə haqqını öz üzərinə götürür
Berlin, 20 aprel, AZƏRTAC
Digər dövlətlərin koronavirusa yoluxmuş 200-ə yaxın vətəndaşının müalicəsi Almaniya xəzinəsinə təxminən 20 milyon avroya başa gələ bilər.
AZƏRTAC xəbər verir ki, xərclərin Almaniya tərəfinin ödəməsi barədə qərarı hökumət ötən həftə qəbul etsə də, buna dair məlumat aprelin 20-də açıqlanıb. Yaranmış vəziyyəti istisna fövqəladə hal kimi qəbul etdiyini vurğulayan ölkə hakimiyyəti öz qərarını vergiödəyicilərinə “Avropa həmrəyliyi”, həmçinin qonşu ölkələrin daxili imkanları hesabına öz vətəndaşlarını müalicə etmək gücünə malik olmaması ilə izah edib.
Bundan əvvəl Berlin xarici vətəndaşların müalicəsi üçün çəkdiyi xərclərin hesabını onların mənsub olduğu dövlətlərə təqdim edirdi. Lakin COVID-19 ilə bağlı məsələdə bu qayda alman hökumətinin son qərarı ilə ləğv olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]