BERLİN HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlmişdir.Azərbaycanın və Almaniyanın dövlət bayraqları ilə bəzədilmiş Berlin şəhərinin “Teygel” hava limanında Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Almaniyanın yüksək vəzifəli şəxsləri böyük hörmət və ehtiramla qarşıladılar. Prezident İlham Əliyevə və xanımına gül dəstələri təqdim olundu.
Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı hava limanından onun üçün ayrılmış iqamətgaha - “Adlon Kemkinski” mehmanxanasına yola düşdü.