BERLİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLDİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 20-də Berlində 20 Yanvar faciəsinin 15-ci ildönümü münasibətilə anma mərasimi keçirilmişdir.
Berlində fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunda keçirilən xatirə gecəsinə toplaşan Azərbaycan diasporunun, diplomatik missiyamızın, Almaniya ictimaiyyətinin nümayəndələri, Bundestaqın üzvləri, Berlin universitetlərində təhsil alan azərbaycanlı, türk və alman tələbələr öncə Berlindəki İmam Rza məscidində şəhidlərimizin ruhuna Yasin oxutdurduqdan sonra institutda xatirə mərasiminə toplaşdılar. İnstitutun dəhlizində şəhidlərin şəkilləri üzərinə səpilmiş qırmızı qərənfillər və yandırılmış şamlar o müdhiş qanlı gecənin bütün dəhşətlərini xatırladırdı.
Mərasimdə çıxış edən natiqlər xalqımızın 15 il öncə sovet imperiyası tərəfindən terrora məruz qalmasını qətiyyətlə pisləyərək, baş vermiş hadisəni xalqımızın azadlıq, müstəqillik və milli dövlətçilik amallarına qarşı terror aktı kimi səciyyələndirdilər.
Faciənin canlı şahidi olan Nizami İnstitutunun direktoru, şairə Nuridə Atəşi bütün həqiqətləri bir daha can yanğısı ilə xatırladı, “Qarabağımız, Qarabağımız” kitabından Qanlı Yanvar və Xocalı faciəsi ilə bağlı bölmələri almancaya şərhi ilə xatirə mərasiminə toplaşanlara təqdim etdi.
Avropa Azərbaycanlıları Konqresinin sədri Bahəddin Kayanın dünya azərbaycanlılarına müraciəti oxunduqdan sonra “20 Yanvar - qanlı Bakı” filmi Berlin ictimaiyyətinə nümayiş etdirildi.
Sonda ehsan verildi.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]