Azərbaycan Dövlət İnformasiya Agentliyi

BERLİNDƏ AZƏRBAYCAN-ALMANİYA BİZNES FORUMUNDA PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİ

BERLİNDƏ AZƏRBAYCAN-ALMANİYA BİZNES FORUMUNDA PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİ
- Hörmətli cənab nazir!
Hörmətli xanımlar və cənablar!
İlk növbədə, mən ölkənizə rəsmi səfərimin nəticələrindən olduqca məmnun olduğumu bildirmək istəyirəm. Bu mənim səfərimin artıq üçüncü günüdür və bu günlər ərzində səfər proqramım çox geniş olubdur. Bir çox mühüm görüşlər və genişmiqyaslı müzakirələr keçirilmişdir. Biz bir daha gördük ki, Almaniya-Azərbaycan münasibətləri çox müsbət istiqamətdə inkişaf edir. Bizim çox güclü siyasi əlaqələrimiz var və iqtisadi əməkdaşlığımız da artır. Əminəm ki, bu səfərin nəticəsində əməkdaşlığımızın bütün sahələrində yeni inkişaf və nailiyyətlər əldə olunacaqdır. Xüsusən də iqtisadi əməkdaşlıq sahəsində əlavə işlərin aparılması üçün imkanlar böyükdür.
Bu gün buradakı çıxışlar zamanı Azərbaycanın iqtisadi göstəriciləri qeyd olundu. Bu, bir reallıqdır. Ölkəmiz sürətlə inkişaf edir. Son iki il ərzində biz ümumi daxili məhsulun artımına görə lider ölkə olmuşuq və çalışacağıq ki, 2007-ci ildə də bu liderliyi saxlayaq. Bunun üçün əsas səbəb, əlbəttə ki, bizim enerji siyasətimizdir. Biz bunu 1994-cü ildə başladıq və o vaxt dünyanın əsas şirkətləri ilə müqavilə imzalandı. İndi isə onun nəticələri qeyri-neft sektorunda böyük inkişafa nail olmaq imkanı yaradır. Bizim üçün neft və qaz sektorunun inkişafı ölkənin tərəqqisi, əlavə sərmayələrin cəlb edilməsi, xarici şirkətlər qarşısında daha etibarlı tərəfdaşa çevrilməsi, neft və qazdan əldə olunan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi üçün vasitədir.
Çox fərəhləndirici haldır ki, hazırda Azərbaycanın ümumi daxili məhsulunun həcmində qeyri-neft sektorunun payı çox böyükdür. Təbii ki, indi neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsini təşkil edir. Biz böyük həcmli hasilat ərəfəsindəyik və artıq çəkdiyimiz boru kəmərləri neft və qaz resurslarımızı dünyaya çıxarmağa imkan yaradır. Hasilatımız artır, cari il ərzində neft hasilatının həcmi 40 milyon ton, gələn il isə 50 milyon tondan çox olacaqdır. Böyük “Şahdəniz” yatağından qaz hasilatı cari ilin mart ayında başlayacaqdır. Əlbəttə, bunun sayəsində biz həm öz tələbatlarımızı, həm də qonşuların tələbatlarını ödəyə biləcəyik.
Artıq qeyd edildiyi kimi, biz Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalamışıq. Bu, bizim inkişafımızın yeni mərhələsidir. Bu o deməkdir ki, əvvəllər, neft və qaz layihələrimizə başlayanda Avropa bazarları barədə düşünmürdük. Çünki, həmin vaxt biz öz bazarımıza və qonşu bazarlara diqqət yetirirdik. Lakin bu gün vəziyyət dəyişib və biz əlavə addımlar atırıq ki, Avropa ilə neft və qaz sahəsində enerji tərəfdaşlığımızı daha da möhkəmləndirək.
Son on il ərzində biz ölkəmizə çoxlu xarici sərmayə cəlb edə bilmişik. Azərbaycana on il ərzində ümumilikdə 30 milyard dollar sərmayə yatırılmışdır. Bizim yaxşı nüfuzumuz var və etibarlı tərəfdaşıq. Biz imzalanmış müqavilələrin yerinə yetirilməsinə çox sadiqik. Buna görə də Azərbaycan sərmayələr üçün cəlbedici ölkə olaraq qalır. Sərmayə mühiti çox yaxşıdır. Təbii ki, xarici sərmayələr bizim ölkədə alqışlanır. Yerli sərmayələrin artması böyük vədlər verir. Orta təbəqə formalaşır və bu gün ümumi daxili məhsulda özəl sektorun payı artıq 81 faizdir. 15 il əvvəl, ümumiyyətlə, ölkəmizdə özəl sektor yox idi. Hesab edirəm ki, bu, çox böyük bir nailiyyətdir. Bu rəqəm get-gedə daha da artacaqdır. Artıq Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam tətbiq olunubdur.
Eyni zamanda, biz, çox güclü sosial siyasət aparmağa çalışırıq ki, əhali iqtisadi islahatlardan əziyyət çəkməsin. Adətən, islahatlar çətinliklərlə müşayiət olunur. Ona görə də islahatların mənfi təsirini azaltmaq üçün biz bu mərhələdə çox fəal sosial siyasəti aparmağa çalışırıq ki, yoxsul əhali üçün əlavə imkanlar yaransın. Azərbaycanda yoxsulluq gözəçarpan dərəcədə azalır və 2003-cü ildəki 49 faiz artıq bu ilə qədər 20 faizə düşmüşdür. Vəzifəmiz işsizliyin və yoxsulluğun tamamilə aradan qaldırılmasından ibarətdir. Bu baxımdan sizə deyə bilərəm ki, biz, əsasən, qeyri-neft sektoruna diqqət yetiririk. Çünki neft sektoru çox sayda iş yerləri açmır. Həmin sektor bizə əlavə imkanlar və maliyyə resursları verir ki, biz sosial, o cümlədən infrastruktur layihələrini həyata keçirə bilək.
Amma güclü iqtisadiyyata nail olmaq üçün bizim kiçik və orta sahibkarlar daha fəal olmalıdır. Ona görə biz yerli sahibkarlara dəstək veririk. Biz hər il əsasən fermerlərə və regionlara 100 milyon dollar həcmində çox güzəştli kreditlər ayırırıq. 100 milyon ABŞ dolları kapitalına malik olan Dövlət İnvestisiya Şirkəti yaratmışıq ki, o, müxtəlif sahələrdə həmtəsisçi kimi çıxış etsin. Bu günə qədər Azərbaycanda sərmayələr məhz xarici sərmayədarlar üçün cəlbedici sahələrə yatırılmışdır. Bu da təbiidir. Amma elə sahələr ola bilər ki, onlar o qədər də cəlbedici olmasın, lakin hökumət onları inkişaf etdirmək istəyir. Ona görə də biz Dövlət İnvestisiya Şirkəti yaratmışıq ki, həmin sahələrdə digər investorlarla birgə həmtəsisçi olsun ki, onların etimadı da artsın. Onların qoyduğu pullar itməyəcəkdir. Bütün bunlar biznes fəaliyyətini daha da stimullaşdıracaqdır.
Son üç il ərzində Azərbaycanda 520 min iş yeri açılmışdır və onların əksər hissəsi regionlarda qeyri-neft sektorunun payına düşür. Bütün bunlar çox yaxşı bir sahibkarlıq mühiti yaradır. Dövlət özəl sektora dəstək verir. Mən mütəmadi olaraq sahibkarlarla görüşlər keçirirəm, çalışıram ki, onlara yardım edim və daha əlverişli şərait yaradım, onları qoruyum. Biz bunu necə edə bilərik? Təbii ki, bizim dövlət siyasətimiz və kifayət qədər qanunvericilik bazamız vardır. Lakin, eyni zamanda, praktik işləri də yüksək səviyyədə görməliyik. Biz tam əminik ki, müasir infrastruktur olmadan biznes inkişaf edə bilməz. Ona görə də biz elektrik stansiyalarının tikintisinə sərmayə yatırırıq. Təkcə ötən il ərzində Azərbaycanda dörd stansiya tikilmişdir. İndi Azərbaycanda yeni bir layihə var. Burada qeyd edildi ki, alman şirkətləri hazırda Sumqayıtda böyük elektrik stansiyasının tikilməsində iştirak edir.
Eyni zamanda, biz şəhərlərə, kəndlərə və turizm yerlərinə yollar çəkirik. Bunu regionlardakı prosesin daha da sürətlənməsi məqsədi ilə edirik. Xidmət infrastrukturuna da böyük sərmayələr qoyulur. Bütün bunlar biznesin inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəlibdir. Ona görə də 2007-ci ildə büdcəmizdən bu məqsədlə 1,5 milyard dollar ayrılacaqdır. Bu nə deməkdir? İlk növbədə, o deməkdir ki, biz olduqca qısa müddət ərzində ölkəmizin bütün infrastrukturunu müasirləşdirə biləcəyik. Çünki onların bir çox hissəsi sovet vaxtlarından qalmışdır. Eyni zamanda, bu, şirkətlər üçün həmin layihələrdə iştirak etməyə əlavə imkanlar yaradır. Biz çox yaxşı nüfuza və iş keyfiyyətinə malik olan peşəkar şirkətlərin dəvət edilməsində olduqca maraqlıyıq. Çünki mənim kimi, siz də bilirsiniz ki, Almaniyada bu cür şirkətlər çoxdur. Beləliklə, alman şirkətləri Azərbaycanda işləmək üçün əlavə imkanlara malikdir. Artıq bizim iqtisadiyyatımız əvvəlki kimi xarici sərmayələrdən asılı vəziyyətdə deyildir. Biz sərmayələri alqışlayırıq və əlverişli sərmayə mühitini saxlayırıq. Bu gün ölkəmiz sərmayələrin yatırılmasında daxili imkanlara malikdir. Şirkətləri çeşidli layihələrdə iştirak etməyə dəvət edirik. Gələn illər ərzində Azərbaycanda böyük işlər aparılacaq və mən alman şirkətlərini bizimlə işləməyə dəvət edirəm.
Bəzən məlumatsızlıq əlavə problemlər yaradır. Ona görə də bu görüş - Azərbaycan-Almaniya biznes forumu çox yaxşı fürsətdir. İlk növbədə, siz imkanları araşdıra biləcək, gələn beş ildə Azərbaycanda nələrin baş verə biləcəyini müzakirə edəcəksiniz. Bizim bütün sahələri əhatə edən dövlət proqramlarımız var. Yoxsulluğun azaldılması, regional inkişafın təmin olunması üçün, eləcə də infrastruktur, enerji sektorunun inkişafı, o cümlədən alternativ enerji mənbələri ilə bağlı proqramlarımız var. Bizim ekologiya sahəsində də böyük proqramımız var. Hər bir proqramın özünün maliyyə mənbəyi var. Bunlar sadəcə, arzular deyil. 2007-ci ildə praktik addımlar atılmalıdır və bu proqramların əksəriyyəti 2012-ci ilə qədər yekunlaşdırılacaqdır.
Bu görüş imkanları araşdırmaq və təmaslar qurmaq üçün əlverişli fürsətdir. Azərbaycandan gəlmiş çoxsaylı iş adamları görüşdə iştirak edir və bilirəm ki, bir neçə saziş imzalanmaq üçün artıq hazırdır. Bunlar forum zamanı imzalanacaqdır. Eyni zamanda, burada nazir də iqtisadi münasibətlərimizin müzakirəsinə dair fikirlərini ifadə etdi. O bildirdi ki, bu il ərzində Azərbaycana səfər etməyi planlaşdırır. Əminəm ki, onun səfərindən əvvəl şirkətlərimiz arasında əlavə, dövlət qurumları arasında isə yeni sazişlər imzalanacaqdır. Bütün bunlar müsbət inkişaf üçün əlverişli zəmin yaradır.
Bizim çox yaxşı əlaqələrimiz var və Azərbaycan çox yüksək iqtisadi artım sürəti ilə seçilən ölkəyə çevrilir. Qeyri-neft sektorunun fəallığından asılı olmayaraq, enerji amili, təbii ki, üstünlük təşkil edəcəkdir. Neftdən gələn gəlir qeyri-neft sektorundan əldə olunan gəlirlərlə müqayisə edilə bilməz. Biz həmin vəsaitləri iqtisadiyyatın şaxələndirilməsi üçün sərf edirik. Azərbaycanda Dövlət Neft Fondu təsis olunub, bütün gəlirlər həmin Fondda yığılır və onların xərclənməsi ilə bağlı qərarlar parlament tərəfindən qəbul edilir. Bir tərəfdən, mən alman şirkətlərini bizim əlverişli sərmayə mühiti olan ölkəmizə sərmayə qoymağa dəvət edirəm, digər tərəfdən, biz öz resurslarımızın əsasında sizinlə birgə tərəfdaş və podratçı kimi işləməyə hazırıq.
Əlbəttə, regionda enerji sektorunun inkişafı müxtəlif proseslərə təsir göstərir. Azərbaycan bütün dünyada quruda və dənizdə ilk dəfə neft hasil edən ölkə olmuşdur. Eyni zamanda, Azərbaycan Xəzər dənizini xarici sərmayədarlar üçün açıq elan edən ilk ölkə oldu. Biz, milyardlarla dollar sərmayə cəlb etmişik və bu gün dünyanın aparıcı şirkətləri tərəfdaşlarımız arasındadır. Bu, eyni zamanda, çox çətin şəraitdə və mürəkkəb bir coğrafi məkanda baş vermişdir. Çünki bizim dünya bazarlarına çıxışımız yox idi. Biz nefti çıxarmaq və onu nəql etmək imkanlarımızı əldə etdik. Bakıdan Aralıq dənizinə çəkilən boru kəməri tarixi bir nailiyyətdir. Nazir qeyd etdi ki, bu, əvvəllər əfsanə hesab edilirdi. Lakin biz bu əfsanəni reallığa çevirdik.
Biz eyni addımları qaz kəmərinin çəkilməsində də atdıq. Azərbaycan qazının dünya bazarlarına çıxarılması işi artıq hazırdır. Eyni zamanda, biz, Bakıdan Gürcüstan vasitəsilə Türkiyəyə dəmir yolu çəkərək və Avropa ilə Asiyanı birləşdirmək üçün dəmir yolu layihəsinin də həyata keçirilməsinə başlamışıq. Azərbaycan elə bir ölkədir ki, onun ərazisindən tranzit kimi istifadə etməmək qeyri-mümkündür. İstər enerji məqsədləri, istərsə də daşınmalar üçün Azərbaycan çox əlverişli bir dəhlizdir. Bu səbəbdən də biz bütün bu layihələri irəli sürən bir ölkəyik. Bir çox ölkələrdən gələn müxtəlif marşrutlar və müxtəlif yollar Azərbaycandan keçir. Bu isə, sadəcə, coğrafiya ilə bağlı olmayıb, Azərbaycanın qətiyyəti, baxışları və infrastrukturu sayəsində mümkün olmuşdur.
Biz boru kəmərlərinin inşasını tamamladıq, indi isə dəmir yolu tikintisi üzərində işləyirik. Hazırda həmin boru kəmərlərindən dostlarımız və qonşularımızla, bir sözlə, tərəfdaşlarımızla birlikdə istifadə edirik. Əminəm ki, sərmayədarları qəbul edən və etibarlı tərəfdaş ölkə kimi Azərbaycan özünü nümayiş etdirəcəkdir. Eyni zamanda Azərbaycan tranzit ölkə kimi etibarlı tərəfdaş olaraq qalacaqdır. Bu, bizim Avropa İttifaqı ilə və ümumiyyətlə, Avropa ilə əlaqələrimizi möhkəmləndirir. Biz bu sahədə müxtəlif aspektlərdə işləyirik.
Burada qeyd edildi ki, ötən ilin noyabr ayında Brüsseldə Avropa İttifaqı ilə enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalandı. Biz artıq gələcək əməkdaşlığımızı müəyyən etmişik. Eyni zamanda, biz noyabr ayında Avropa İttifaqı ilə “Yeni qonşuluq siyasətinə dair fəaliyyət planı” çərçivəsində beşillik tədbirlər planını imzalamışıq. Burada iqtisadi, sosial, mədəni və regional sahələrdə işlərin aparılması nəzərdə tutulur. Ona görə də gələn beş il ərzində Azərbaycan Avropaya daha yaxın olacaqdır. Bizim gündəliyimizdə duran məsələlər Azərbaycandakı meyarları Avropa İttifaqında olan meyarlara yaxınlaşdırmaqdan ibarətdir. Çünki Avropa modeli uğurlu bir modeldir. Avropa çox yaxşı inkişaf edir, genişlənir və yaşayış standartları təkmilləşir. Biz öz vətəndaşlarımız üçün də eyni addımları atmaq istəyirik.
Biz təhsil sahəsinə sərmayələr qoyuruq. Hər bir məktəbdə kompyuterlər quraşdırır və internetə çıxışı təmin edirik. Hazırda yaxşı maliyyə vəziyyətinə malikik. Bizim böyük enerji resurslarımız var. Təbii ki, bizim üçün neft və qaz ehtiyatları, ən azı, 100 il üçün də kifayət edəcəkdir. Artıq bizim daşınma sahəsində infrastrukturumuz mövcuddur və qarşıdakı iyirmi-otuz il ərzində on və ya daha çox, ola bilsin, yüz milyardlarla dollar gəlir əldə edəcəyik. Biz bilirik ki, hansı istiqamətdə sərmayə yatıracağıq. Ona görə hər bir baxımdan bizim təkrarolunmaz fürsətimiz var ki, tərəqqi edən, müasir, iqtisadi-siyasi baxımdan möhkəm ölkəyə çevrilək. Öz məqsədlərimizə nail olmaq üçün Avropa İttifaqı və eləcə də, onun aparıcı ölkələri ilə əməkdaşlığımızı getdikcə artırmalıyıq.
Almaniya-Azərbaycan münasibətləri bizim əməkdaşlığımızın və planlarımızın yaxşı bir nümunəsidir. Prezident kimi mən Almaniyaya iki il yarım ərzində üç dəfə səfər etmişəm və indiki ikinci rəsmi səfərimdir. Bütün bunlar bizim təmaslarımızın səviyyəsini göstərir. Dünənki görüşlər göstərdi ki, möhkəm əməkdaşlığımız qarşılıqlı maraq və hörmət prinsiplərinə əsaslanır. Əlbəttə, bu əsasən, qərarları qəbul edən insanlar, siyasətçilər tərəfindən həll olunur. Lakin, eyni zamanda, bizim biznes icmamız da var ki, onlardan və onların götürdükləri öhdəliklərdən də çox şey asılıdır. Məhz bu səbəbdən bu forum nəinki ticari və iqtisadi əlaqələrə, ümumiyyətlə, ikitərəfli münasibətlərimizə dair gündəlikdə duran bütün məsələlərə çox güclü təsir göstərəcəkdir. Ona görə mən istəyirəm ki, Almaniyanın və Azərbaycanın biznes adamları uğurlu əməkdaşlıq etsinlər. Ümid edirəm ki, bu dəfə biz bir çox sazişlərin imzalanmasının şahidi olacağıq və bu sazişlər sayəsində ikitərəfli iqtisadi əlaqələrimiz daha da artacaqdır.
Üç gün ərzində mənə və nümayəndə heyətinə göstərilmiş yüksək qonaqpərvərliyə görə bütün alman dostlarımıza minnətdarlığımı bildirirəm. Sizə və xalqınıza uğurlar arzulayıram.

Təşəkkür edirəm.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və hərarətli alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO