BERLİNDƏ BEYNƏLXALQ KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Şərqi Avropa və MDB ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilən konfransın əsas məqsədi dövlət, regional və yerli hakimiyyət orqanlarının, parlamentlərin, beynəlxalq təşkilatların, özəl sektorun və elmi tədqiqat institutlarının nümayəndələri ilə müdafiə islahatlarının iqtisadi baxışlarının və müdafiə təsisatlarının qurulmasını müzakirə etməkdir.
Tədbirdə Azərbaycanı İqtisadi İnkişaf və Müdafiə nazirliklərinin nümayəndələri təmsil edirlər. Konfrans sentyabrın 24-dək davam edəcəkdir.