BERLİNDƏ YENİ VAĞZALIN AÇILIŞ MƏRASİMİ FACİƏ İLƏ BAŞA ÇATDI
AZƏRTAC Frans Press Agentliyinə istinadla xəbər verir ki, mayın 26-da axşam Berlində Avropanın ən böyük dəmir yol vağzalının təntənəli açılış mərasimi faciə ilə başa çatmışdır. Açılış şərəfinə atəşfəşanlıqdan sonra Almaniya paytaxtının sakinləri dağılışarkən gözlənilmədən bir gənc kütlənin üstünə cumaraq, 20 adamı bıçaqlamışdır. Onlardan biri xəstəxanada keçinmiş, dörd nəfəri ağır vəziyyətdədir.
Polis cinayətkarı tutmuşdur. Bu, Berlinin ətraf qəsəbələrindən birinin 17 yaşlı sakinidir. Onu əvvəllər də müxtəlif cinayətlərə görə həbs etmişdilər. Polis bu cinayətin səbəblərini və onun millətçi alman gəncləri ilə əlaqəsinin mümkünlüyünü açıqlamır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]