Beş yunan-Roma güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır
Bakı, 12 aprel, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, beşinci yarış günündə - aprelin 12-də yunan-Roma güləşi üzrə yarışlara start verilir. Bu gün 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər mübarizə aparırlar.
Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Eldəniz Əzizli (55 kq) serbiyalı Sebastyan Kolompar, Taleh Məmmədov (63 kq) Moldova təmsilçisi Donior İslamov, Elvin Mürsəliyev (77 kq) almaniyalı Roland Şvarts, İslam Abbasov (87 kq) digər almaniyalı Denis Kud, Sabah Şəraiti (130 kq) Çexiya idmançısı Stepan David ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]