İDMAN
“Beşiktaş” İstanbul derbisində “Qalatasaray”ı məğlub edərək liderliyini möhkəmləndirib
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 27-də futbol üzrə Türkiyə Super Liqasının XXII turu çərçivəsində keçirilən İstanbul derbisində “Beşiktaş” komandası “Qalatasaray”ı 1:0 hesabı ilə məğlub edərək liderliyini möhkəmləndirib.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda yeganə qol matçın 47-ci dəqiqəsində vurulub. Qarşılaşmanın 47-ci dəqiqəsində “Beşiktaş”ın braziliyalı legioneri Taliskanın cərimə zərbəsindən vurduğu qol matçın taleyini həll edib.
Bu qələbədən sonra xallarının sayını 50-yə çatdıran “Beşiktaş” komandası əzəli rəqibləri “Qalatasaray”ı 10, “Fənərbağça”nı isə 12 xal qabaqlayır. İkinci yerdəki “İstanbul Başakşəhər”in aktivində 46 xal var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]
İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib
- 03.05.2024 [15:32]
Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [15:11]