“Beşiktaş” kapitanı ilə müqavilənin müddətini uzadıb
Bakı, 17 fevral, AZƏRTAC
Türkiyənin “Beşiktaş” komandası kapitanı Necip Uysalla müqavilənin müddətini uzadıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin yeni sözləşməsi 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, N. Uysal 2008-ci ildən "qara qartallar"ın əsas komandasında çıxış edir. O, “Beşiktaş”ın heyətində dörd dəfə Superliqa, dörd dəfə Türkiyə Kuboku, iki dəfə Superkubokun qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]