“Beşiktaş” Türkiyə çempionatının yarımfinalına yüksəlib
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 11-də futbol üzrə Türkiyə kuboku uğrunda turnirin sonuncu iki yarımfinalçısı da müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, dörddəbir final mərhələsinin son iki oyununda qalib gələn “Antalyaspor” və “Beşiktaş” klubları adlarını yarımfinala yazdırıblar.
“Antalyaspor” komandası “Sivasspor” üzərində minimal hesablı qələbə qazanıb. Oyunda yeganə qolu matçın 62-ci dəqiqəsində Ribeiro Fredi 11 metrlik cərimə zərbəsindən dəqiq yerinə yetirərək vurub.
“Beşiktaş” klubu isə “Konyaspor”u məğlub edərək adını yarımfinala yazdırıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda istanbullular 11 metrlik cərimə zərbələri seriyasında qalib gəliblər - 3:2.
Xatırladaq ki, yarımfinalın digər iki iştirakçısı “Başakşəhər” və “Alanyaspor” klublarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]