BETHOVEN FESTİVALINDA AZƏRBAYCAN CAZMENLƏRİ DƏ ŞTİRAK EDƏCƏKLƏR
Bakı Caz Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, avqustun axırları- sentyabrın əvvəllərində Almaniyada ənənəvi Bethoven festivalı keçiriləcəkdir. Tədbirdə Azərbaycanı əməkdar artist Salman Qənbərovun rəhbərliyi ilə “Bakustik-caz” qrupu təmsil edəcəkdir.
Almaniya tamaşaçılarına iki xüsusi proqram təqdim olunacaqdır. Birinci proqramda Ruslan Hüseynov (kontrabas), Vaqif Əliyev (zərb) və Salman Qənbərovdan (fortepiano) ibarət “Bakustik-caz” qrupu cazda qeyri-caz mövzusunda çıxış edəcəklər. İkinci proqramda Azərbaycan musiqiçiləri “Lətif” filminə caz improvizasiyalarını təqdim edəcəklər. Bu konsertdə xalq artisti Fəxrəddin Dadaşov (kamança), vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Fəridə Məmmədova ( soprano) da iştirak edəcəklər. Bu, S.Qənbərovun alman və Avstriya bəstəkarları Şubert, Brams və Malyerin klassik əsərlərinin caz üslubunda ifasını nəzərdə tutan ilk layihəsidir.
Hər il Lüdviq van Bethovenin doğma şəhəri Bonnda dahi bəstəkarın şərəfinə festival keçirilir. Festival dövründə şəhər sanki böyük səhnəyə çevrilir. Böyük klassikin əsərləri ilə yanaşı, festivalda digər ölkələrin bəstəkarlarının musiqisinə də böyük diqqət yetirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]