BEYNƏLXALQ AİLƏ GÜNÜNƏ HƏSR OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Gədəbəy rayonunda Beynəlxalq ailə gününə həsr olunmuş toplantı keçirilmişdir. Rayon qadınlar şurasının sədri Nuridə Məmmədova ilk dəfə keçirilən bu tədbirin əhəmiyyətindən danışmış, müstəqil respublikamızda ailənin inkişafına, xüsusilə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açmışdır.
Tədbirdə 3 ekiz uşağı olan Zəhmətkənd kənd sakini Məhluqə Əliyevaya və 2 ekiz uşaq anası Düzyurd kənd sakini Xəyalə Quliyevaya maddi yardım göstərilmişdir. Tədbir rayonun incəsənət ustalarının çıxışları ilə başa çatmışdır.