Beynəlxalq Bankın özəlləşdirilməsi prosesinin həyata keçirilməsi müəyyən hazırlıq işləri tələb edir
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi və bankın balansında olan toksik aktivlərdən təmizlənməsi prosesi artıq başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, bu prosesin yekunlaşması ABB-nin özəlləşdirilməsi məsələsinin daha da aktuallaşmasına imkan verir. ABB-nin özəlləşdirilməsi prosesinin həyata keçirilməsi müəyyən hazırlıq işləri tələb edir. Yəni, bankın maliyyə vəziyyəti artıq tam sabitdir. Bank 2017-ci ilin yekunlarına dair auditdən keçmiş maliyyə hesabatlarını dərc etdirəcək. Bu da onu göstərəcək ki, bank artıq gəlirli bir maliyyə institutuna çevrilib. Beləliklə, özəlləşdirilmə ilə bağlı hazırlıq işlərinə start verilə bilər. Bu, vaxt aparan bir prosesdir. Çünki bunun üçün müxtəlif variantlardan biri seçilməlidir və müvafiq dövlət orqanları, ilk növbədə, özəlləşdirmə ilə məşğul olan Əmlak Məsələləri Dövlət Komitəsi, bankın rəhbərliyi və digər dövlət qurumları bu məsələ ilə məşğul olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]