Beynəlxalq Cüdo Federasiyası ilin ilk yarısı üçün təqvimi açıqlayıb
Bakı, 6 yanvar, AZƏRTAC
Bu ilin ilk 6 ayı ərzində cüdo üzrə keçiriləcək beynəlxalq yarışların təqvimi açıqlanıb.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, yarış mövsümü yanvar 11-dən 13-dək “World Masters” turnirinin baş tutacağı Dohada (Qətər) başlayacaq. Növbəti yarış fevralın 18-20-də İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Böyük dəbilqə” turniri olacaq.
Martda daha iki “Böyük dəbilqə” yarışı keçiriləcək. Belə ki, bu turnirlər martın 5-7-də Daşkənddə, 26-28-də Tbilisidə təşkil ediləcək. Mayın 8-9-da isə cüdoçular Parisdə “Böyük dəbilqə” yarışında mübarizə aparacaqlar. İlin ilk yarısının son yarışı iyunun 6-13-də Budapeştdə keçiriləcək dünya çempionatı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]