BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR
Konfransda DTXK mətbuat xidmətinin və analitik informasiya mərkəzinin rəhbəri H.Məmmədov Azərbaycanda müstəqillik əldə edildikdən sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi torpaq islahatlarından danışmış, sovet və müstəqil respublika dövrlərində torpaq kadastrı və onun vəziyyəti ilə bağlı müqayisəli təhlilə əsaslanan qısa məlumat vermişdir. O, Azərbaycanda torpaq islahatları həyata keçirildikdən sonra torpaq kadastrı işlərindəki yenilikləri və keyfiyyət dəyişikliklərini iştirakçıların diqqətinə çatdırmışdır.
DTXK-nın Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin direktoru A.İsmayılov ölkəmizin ayrı-ayrı regionlarında fəaliyyət göstərən yerli qurumların qlobal mövqe müəyyənetmə, müasir geodeziya alət və avadanlığı ilə təchiz edildiyini, Azərbaycanda torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün yeni qanunvericiliyə uyğun olaraq təlimatların və metodik tövsiyələrin hazırlandığını qeyd etmişdir. Azərbaycanda torpaq kadastr işlərinin bu gün dünya standartlarına uyğun qurulduğu qeyd edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]