Beynəlxalq Memarlar İttifaqının Büro üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Azərbaycan Memarlar İttifaqının nümayəndələri və Bakıda səfərdə olan Beynəlxalq Memarlar İttifaqının Büro üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən Azərbaycan Memarlar İttifaqının nümayəndələri və qonaqlar Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər, “Əbədi məşəl” abidəsinin önünə gül çələngi qoyublar.