Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq münasibətlər üzrə ekspert: TAP və TANAP Avrasiyanın yeni geosiyasi xəritəsini formalaşdırır

Beynəlxalq münasibətlər üzrə ekspert: TAP və TANAP Avrasiyanın yeni geosiyasi xəritəsini formalaşdırır

Bakı, 6 may, AZƏRTAC

Azərbaycanın son dövrlərdə irəli sürdüyü “ortaq investisiya və uzunmüddətli təminat” yanaşması yalnız texniki enerji siyasəti təklifi deyil, eyni zamanda, Cənubi Qafqazdan Avropaya uzanan enerji əməkdaşlığı modelinin struktur baxımından yenidən müəyyənləşdirilməsinə yönəlmiş strateji transformasiya axtarışıdır. Burada “yenidən müəyyənləşdirmə” anlayışı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq özünü klassik mənada yalnız enerji ixrac edən ölkə kimi deyil, Avropanın enerji təhlükəsizliyi sistemində söz sahibi olan, regional miqyasda təsiri artan və geosiyasi çəkisi yüksələn aktor kimi mövqeləndirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə türk ekspert Mehmet Gökhan Özçubukçu bildirib.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təchizatı təhlükəsizliyi sahəsində yaşadığı həssaslıq Azərbaycanın strateji əhəmiyyətini ciddi şəkildə artırıb və Bakını alternativ tədarükçüdən daha çox sistemin önəmli elementlərindən birinə çevirib.

“Prezident İlham Əliyev tərəfindən irəli sürülən yanaşma mövcud enerji əməkdaşlığı sisteminin yalnız texniki deyil, həm də institusional və maliyyə aspektləri ilə yenidən nəzərdən keçirilməsinin vacibliyini ortaya qoyur. Bu günədək Avropa İttifaqının enerji siyasəti əsasən qısamüddətli tədarük müqavilələri, spot bazar mexanizmləri və təchizatın şaxələndirilməsi strategiyaları üzərində qurulub. Lakin bu model, xüsusilə yüksək maliyyətli infrastruktur investisiyaları tələb edən istehsalçı ölkələr üçün uzunmüddətli qeyri-müəyyənlik yaradır. Enerji sektoru mahiyyət etibarilə ani deyil, uzunmüddətli planlama tələb edən sahədir. Buna görə də investisiya qərarları gələcək tələbat təminat altına alınmadan rasional şəkildə verilə bilməz. Bu xətlər Cənub Qaz Dəhlizinin onurğa sütununu təşkil edir və Azərbaycan qazının Avropa bazarlarına çıxışını təmin edir. Lakin mövcud güc artan Avropa tələbatını tam şəkildə qarşılamaqda bəzən yetərsiz qalır. Bu da gücün artırılması və yeni investisiyaların gündəmə gəlməsinə səbəb olur. Azərbaycanın “ortaq investisiya” vurğusu məhz burada məna qazanır. İnfrastrukturun genişləndirilməsinin yalnız istehsalçı ölkə tərəfindən deyil, istehlakçı tərəf olan Avropa tərəfindən də maliyyələşdirilməsi ideyası ön plana çıxır”, - deyə Özçubukçu bildirib.

Onun fikrincə, bu yanaşma enerji münasibətlərində mühüm zehni transformasiyanı ifadə edir: “Çünki klassik modeldə istehsalçı ölkə investisiya edir, istehlakçı isə hazır məhsulu alır. Halbuki Azərbaycanın təklif etdiyi modeldə Avropa yalnız istehlakçı deyil, sistemin davamlılığını təmin edən investisiya tərəfdaşına çevrilir. Bu isə enerji əməkdaşlığını daha balanslı, daha proqnozlaşdırılabilən və daha institusional struktura çevirə bilər. Uzunmüddətli alım zəmanətləri olmadan yeni infrastruktur investisiyalarının iqtisadi baxımdan riskli olması bu yanaşmanın əsaslandırmasını təşkil edir. Burada ortaya çıxan ən mühüm dəyişiklik enerji münasibətlərinin, sadəcə, ticari mübadilə olmaqdan çıxaraq geosiyasi tərəfdaşlığa çevrilməsidir. Avropa üçün bu yanaşma enerji təhlükəsizliyinin daha dayanıqlı əsas üzərində qurulmasına xidmət edir. Azərbaycan üçün isə enerji ixracının davamlı xarakter almasına imkan yaradır”.

Özçubukçu əlavə edib ki, TAP-ın genişləndirilməsi və Azərbaycan qazının Avropaya daha yüksək həcmdə çatdırılması məsələsi yalnız Azərbaycan-Avropa münasibətlərini deyil, Türkiyənin geosiyasi mövqeyini də birbaşa yenidən müəyyənləşdirir. Cənub Qaz Dəhlizinin struktur məntiqinə görə Azərbaycandan çıxan qazın Avropaya çatdırılması Türkiyə üzərindən mümkündür. Bu isə Türkiyəni, sadəcə, tranzit ölkə deyil, enerji axınının davamlılığını təmin edən və bu axın üzərində müəyyən nəzarət imkanına malik aktora çevirir. TAP xəttinin genişləndirilməsi dolayısı ilə TANAP-ın ötürmə gücünün artırılmasını da gündəmə gətirir. Çünki TAP vasitəsilə daşınacaq qazın həcmi artsa belə, əsas bağlantı yenə Türkiyə üzərindən təmin olunacaq. Bu da Türkiyənin enerji sistemindəki rolunu struktur baxımından daha da gücləndirir.

Ekspert qeyd edib ki, Türkiyənin rolu yalnız tranzit funksiyası ilə məhdudlaşmır. Türkiyə Avropa ilə Asiya arasında yerləşən strateji mövqeyi sayəsində enerji axınlarının kəsişmə nöqtəsindədir. Bu vəziyyət Ankaraya enerji marşrutlarını yönləndirmək, şaxələndirmək və müəyyən mənada qiymət formalaşdırma proseslərinə təsir göstərmək imkanı verir. Müasir enerji geosiyasətində əsas güc yalnız resurs sahibi olmaq deyil, həm də həmin resursların hansı marşrutlarla və hansı şərtlərlə daşınacağını müəyyən edə bilməkdir. Türkiyə bu mənada Azərbaycan kimi istehsalçı ölkələrlə Avropa kimi istehlakçı bazarlar arasında balanslaşdırıcı mərkəz rolunu oynayır. Bu baxımdan Türkiyənin “enerji habı” olmaq hədəfi TAP-ın genişləndirilməsi ilə daha real zəmin qazanır.

“Enerji dəhlizi olmaqla enerji mərkəzi olmaq arasında ciddi fərq var. Birincisi passiv keçid rolunu ifadə edir, ikincisi isə aktiv bazar və strategiya idarəçiliyini ehtiva edir. Türkiyənin həqiqi enerji mərkəzinə çevrilməsi üçün yalnız boru xətlərinə sahib olması kifayət deyil. Bunun üçün inkişaf etmiş enerji ticarəti bazarı, güclü saxlama imkanları, şəffaf tənzimləyici çərçivə və beynəlxalq investorları cəlb edə biləcək maliyyə infrastrukturu da tələb olunur. Azərbaycan ilə Türkiyə arasındakı enerji əməkdaşlığı yalnız texniki boru xətti layihələrinə əsaslanan tərəfdaşlıq deyil, eyni zamanda, regional güc balanslarını formalaşdıran strateji xarakter daşıyır. Azərbaycanın artan enerji istehsal gücü ilə Türkiyənin Avropa və Asiya arasında yerləşən tranzit və yönləndirici geosiyasi mövqeyi birləşdikdə, Cənubi Qafqazdan Avropaya uzanan alternativ enerji dəhlizin arxitekturası formalaşır. TANAP və TAP üzərindən qurulan bu struktur Avropanın Rusiya mərkəzli enerji asılılığını balanslaşdırmağa kömək edir. Bu əməkdaşlıq Türkiyəni sadə tranzit ölkədən çıxararaq enerji axınlarını idarə edən strateji mərkəzə, Azərbaycanı isə Avropanın enerji təhlükəsizliyində davamlı tədarükçüyə çevirir”, - deyən ekspert sonda vurğulayıb ki, enerjiəsaslı bu əməkdaşlıq daha geniş geosiyasi çərçivədə Orta Dəhlizlə birlikdə Avrasiyanın yeni strateji arxitekturasını formalaşdırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

Bakıda CAMCA Regional Forumu işə başlayıb

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir