BEYNƏLXALQ OZON QATININ MÜHAFİZƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ VELOSİPED YÜRÜŞÜ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Azərbaycan Turizm İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda və ətraf rayonlarda Beynəlxalq Ozon Qatının Mühafizəsi gününə həsr olunmuş velosiped yürüşləri keçirilicəkdir.
Məqsəd ictimaiyyəti və avtomobil sürücülərini yanacaqla işləyən nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, bununla da şəhərlərimizin və digər yaşayış məntəqələrimizin ekoloji cəhətdən təmizliyinə nail olmağa sövq etməkdir.
Velosiped yürüşü Azərbaycan Turizm İnstitutundan start götürəcək və Qız qalasının qarşısında başa çatacaqdır.
“ Azərbaycanlılar yaşıl yolları sevirlər ” ekoloji layihəsi çərçivəsində həyata keçiriləcək qısa və uzunmüddətli velosiped yürüşlərində vəzifəli şəxslərin də iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]