BEYNƏLXALQ TEATR İNSTİTUTUNA ÜZV QƏBUL EDİLMİŞDİR
Azərbaycan Teatr Xadimləri İttifaqı Beynəlxalq Teatr İnstitutuna \BTİ\ üzv qəbul edilmişdir. Bu barədə ittifaqın prezidenti, xalq artisti Həsənağa Turabovun ünvanına YUNESKO yanında fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitunun baş katibi Andre Lui Perintenin imzası ilə məktub gəlmişdir. Məktubda həmçinin bildirilir ki, BTİ-nin Paris mərkəzində Azərbaycan teatrına dair informasiyaların qəbulu, toplanması, internet və dünya mətbuatına çıxarılması üçün lazımi tədbirlər görüləcəkdir.
Teatr Xadimləri İttifaqından bildirmişlər ki, Azərbaycan nümayəndələri BTİ-nin oktyabrın 14-dən 21-dək Afinada keçiriləcək 29-cu konqresində iştirak etmək barədə dəvət almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [17:48]
“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO
- 04.06.2026 [17:34]
“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 04.06.2026 [17:17]