Beynəlxalq tədbirdə azərbaycanlı alim ölkəmizdə həyata keçirilən ekoloji layihələrin nəticələrindən danışıb
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Moldovanın paytaxtı Kişinyov şəhərində “Ətraf mühit və sağlamlıq” mövzusunda keçirilən seminarda məruzə ilə çıxış edib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, İ.Mustafayev məruzəsində 2018-ci ildə ölkəmizdə beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən ekoloji layihələr və onların əsas nəticələri haqqında məlumat verib. Seminarda, həmçinin müxtəlif sahələri təmsil edən nümayəndələrin 20-dən çox məruzəsi dinlənilib, ölkələr üçün ətraf mühit və səhiyyə sahəsində gələcək fəaliyyətin prioritetləri müzakirə olunub, eləcə də həm ölkə daxilində, həm də ölkələrarası əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib.
BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində reallaşan seminarda Avropa İqtisadi Komissiyasının ekspertləri, Azərbaycan, Moldova və Gürcüstanın ətraf mühit və səhiyyə nazirliklərindən, habelə elm və təhsil sahəsindən 50-yə yaxın nümayəndə iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]