“BEYNƏLXALQ TİCARƏT SİYASƏTİ VƏ ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI” LAYİHƏSİNİN YEKUNLARI İLƏ BAĞLI KONFRANS
İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının (SDC) Cənubi Qafqaz üzrə əlaqələndirici ofisi dövlət orqanlarında çalışan gənc əməkdaşlar üçün “Beynəlxalq ticarət siyasəti və ümumdünya ticarət təşkilatı” layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir.
DİA-dan AZƏRTAC-a bildirmişlər ki, akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov çıxış edərək, Azərbaycan və İsveçrə arasındakı əlaqələrin əhəmiyyətini vurğulamışdır.
Rektor Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin iqtisadi və ticarət əlaqələrinin də genişlənməsinə daim böyük əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.
Cenevrə Beynəlxalq Tədqiqatlar İnstitutunun prorektoru Daniel Vorner müvafiq layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]