Beynəlxalq Türk Akademiyasının növbəti iclasının gündəliyi hazırlanıb
Bakı, 26 yanvar, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbeklə görüşüb.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, görüş zamanı tərəflər türk dünyasının elm sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bildirilib ki, Beynəlxalq Türk Akademiyasının bu ilin martında Bişkekdə keçiriləcək növbəti iclasının gündəliyi işlənib hazırlanıb.
Ş.Mustafayev qardaş ölkələrin elmi təşkilatları arasında tərəfdaşlıq əlaqələrinin məhkəmləndirilməsinin vacibliyini vurğulayıb, Türk Dünyası Milli Elmlər Akademiyaları İttifaqının böyük potensialını qeyd edib. O, həmçinin humanitar sahədə birgə layihələrdə Qazaxıstan alimlərinin fəal iştirak edəcəklərinə əminliyini bildirib.
Sayasat Nurbek Beynəlxalq Türk Akademiyasının təşəbbüslərini dəstəklədiyini ifadə edib və quruma işlərində uğurlar arzulayıb.
Görüşün sonunda Akademiyanın rəhbəri təşkilatın türkologiya üzrə nəşr etdirdiyi əsərləri nazirə təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]