Beynəlxalq Valyuta Fondunun direktoru Ukraynaya səfər edib
Bakı, 15 yanvar, AZƏRTAC
Cümə axşamı Ukraynaya səfər edən Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva Kiyevdə Prezident Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin mənbələrinə istinadla yaydığı məlumata görə, sonuncu dəfə 2023-cü ildə Kiyevə gələn Kristalina Georgiyevanın budəfəki səfərinin təfərrüatları hələlik açıqlanmayıb. BVF direktoru, həmçinin ölkənin Baş naziri Yuliya Sviridenko və Milli Bankın sədri Andriy Pışnı ilə görüşmək niyyətindədir.
Bir müddət öncə BVF Ukraynanın 179,6 milyon dollar kredit ödənişi borcu olduğunu bildirmişdi. Ukraynanın BVF ilə 15,6 milyard dollarlıq hazırkı “Genişləndirilmiş kredit” proqramı 2023-2027-ci illər üçün nəzərdə tutulub, lakin Kiyev artıq Fonda yeni təşəbbüslə müraciət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]