Bəzi Avropa ölkələri fəal əhalinin 20 faizini itirə bilər
Buxarest, 28 mart, AZƏRTAC
Avropanın cənub-şərqində yerləşən ölkələr əmək qabiliyyətli əhalinin kəskin azalması ilə üzləşib və bu tendensiya davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Vyana Beynəlxalq İqtisadiyyat Elmləri İnstitutunun dərc etdiyi araşdırma məqaləsində bildirilir.
Məqalədə deyilir ki, Rumıniya, Bolqarıstan, Xorvatiya, Polşa, Latviya və Ukrayna 2045-ci ilə kimi əmək qabiliyyətli əhalinin 20 faizini itirə bilər. Hazırda Avropa ölkələrinin çoxu əhalinin, o cümlədən işçi qüvvəsinin və mütəxəssislərin kəskin azalması ilə üzləşib.
İnstitutun eksperti Riçard Qrieverson 2019-2021-ci illərə nəzər yetirərək qeyd edir ki, müharibə olmayan vaxtlarda əhalinin bu qədər azalması heç zaman baş verməyib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]