“Bild” qəzeti: Almaniya hərbçilərdən ibarət ilk qrupu bu həftə Qrenlandiyaya göndərəcək
Berlin, 14 yanvar, AZƏRTAC
Almaniya bu həftə hərbçilərdən ibarət ilk heyəti Qrenlandiyaya göndərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya və Skandinaviya mənbələrinə istinadla məlumat yayıb.
Məlumata əsasən, əvvəlcə Almaniya Silahlı Qüvvələrinin - Bundesverin bir neçə üzvündən ibarət öncü dəstə göndəriləcək. Federal hökumətdən və Bundestaqdan olan mənbələr ilk kəşfiyyat qrupunun yanvarın 15-də yola düşəcəyini bildiriblər. Bundesverin Avropa İttifaqına üzv ölkələrin ordularının birgə missiyası çərçivəsində töhfələrini araşdırmaq üçün adaya ilk növbədə zabitlər və logistika heyəti göndəriləcək. Missiyada Almaniyanın yüksək dağ hərbi briqadası ilə yanaşı, dəniz və hava qüvvələrinin də iştirakı nəzərdə tutulur.
Danimarka adada hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artıracağını açıqlayıb və NATO-dakı digər avropalı tərəfdaşların da bu təşəbbüsə qoşulacağı gözlənilir. Əməliyyat Danimarka tərəfindən koordinasiya ediləcək, ABŞ-ın rəhbərliyi altındakı NATO strukturları vasitəsilə aparılmayacaq. Çünki NATO-dakı Şimali Avropa ölkələri, o cümlədən Qrenlandiya Norfolkdakı ABŞ komandanlığına tabedir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]