BİLƏSUVAR–İRAN YOLUNUN TİKİNTİSİ SÜRƏTLƏNDİRİLMİŞDİR
“Nəqliyyatservis” Departamentinin 2 nömrəli ixtisaslaşdırılmış idarəsi Biləsuvar–İran yolunun ölkəmizin ərazisindəki 19 kilometrlik hissəsinin tikintisini sürətləndirmişdir.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, yolun 9,6 kilometrinə asfalt döşənmiş, bir körpü yenidən qurulmuşdur. Ümumiyyətlə, burada 10 milyard (2 milyon AZN) manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. İndi magistralın qalan hissəsinin torpaq yatağı qurulur. Yolun 2006-cı ilin avqustunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.