BİLƏSUVARDAKI AVA MEBEL ŞİRKƏTİ 300 NƏFƏRİ İŞLƏ TƏMİN ETMİŞDİR
Biləsuvardakı AVA (Arif, Vaqif, Akif qardaşları) mebel şirkətində cari ilin ötən dövründə 300 nəfər adam işlə təmin olunmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, burada hazırlanan 30-dan artıq çeşiddə mebel dəstləri daxili və xarici bazara çıxarılır. Xammal əsasən İtaliya, Almaniya və Polşadan gətirilir. Tezliklə daha 4 yeni istehsal sahəsi işə salınacaqdır.
Ümumiyyətlə, bu ilin sonunadək AVA-da işləyənlərin sayının 600 nəfərə çatdırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]