Binəqədi rayonunda tədris mərkəzindən oğurluq edilib
Bakı, 24 avqust, AZƏRTAC
Paytaxtın Binəqədi və Yasamal rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 22-də Binəqədi rayonu ərazisindəki tədris mərkəzlərinin birindən 1500 manat dəyərində iki kompüter, iki monitor, iki müşahidə kamerası oğurlamaqda və bir mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Əliyev Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşları isə avqustun 22-də rayon ərazisində “Toyota” markalı avtomobildən 2500 manat dəyərində qaz sayğacı, su mühərriki və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Həmidovu yaxalayıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]