Biofizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış nitqi ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizin qurulmasında əvəzsiz xidmətlərinin olduğunu bildirib. O qeyd edib ki, Ulu Öndərin apardığı balanslaşdırılmış siyasət çərçivəsində Azərbaycan beynəlxalq siyasətdə müstəqil bir mövqe qazanmasına nail oldu. Onun dövlət başçılığı dövründə Azərbaycan qonşu ölkələrlə əlaqələrini gücləndirdi, regional və beynəlxalq təşkilatlarla iş birliyini genişləndirdi və ölkəsinin müstəqilliyini qorudu.
Oktay Qasımov diqqətə çatdırıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək peşəkarlıqla apardığı döyüş əməliyyatları nəticəsində işğal altında qalan əzəli və əbədi torpaqlarımız düşmən tapdağından azad edildi.
Daha sonra Biofizika İnstitutunun Molekulyar və hüceyrə biokimyası laboratoriyasının kiçik elmi işçisi Banu Ağamalıyeva çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, ordu quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və siyasi fəaliyyətindən ətraflı şəkildə bəhs edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]