BİOMÜXTƏLİFLİK LAYİHƏLƏRİNƏ DƏSTƏK VERİLİR
Şirkət indiyədək Azərbaycanda bir neçə mühüm biomüxtəliflik təşəbbüsünü dəstəkləmişdir. Bu təşəbbüslərə Tuqay meşələrinin bərpası, tısbağaların mühafizəsi layihələri, Səngəçal buxtasının sahil zonasında balıqların, mövcud və planlaşdırılan boru kəmərləri boyu isə bitkilərin və heyvanların tədqiqi, eləcə də Xəzər Ekoloji Proqramı ilə biomüxtəliflik üzrə konvensiyanın işlənib hazırlanmasına dair birgə plan daxildir.
İnformasiyaların daha geniş istifadə olunmasını təmin etmək məqsədi ilə bp ətraf mühitə və bioloji müxtəlifliyə dair özündə olan məlumatları digər Xəzərboyu ölkələrlə bölüşür, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA-nın institutları, mütəxəssisləri ilə əməkdaşlıq edir.