Birinci rübdə Gürcüstana investisiya qoyuluşu azalıb
Tbilisi, 10 iyun, AZƏRTAC
Cari ilin ilk rübündə Gürcüstan iqtisadiyyatına 281,1 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin ilkin rüblük hesabatında deyilir.
Bildirilir ki, ölkə iqtisadiyyatına yönəldilən investisiyaların azalmasının əsas 2 səbəbi var. Bunlardan biri magistral qaz kəmərinin tikintisinin başa çatması, ikincisi isə bir neçə müəssisənin Gürcüstan rezidentinin mülkiyyətinə çevrilməsidir.
Hesabatda deyilir ki, bu ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkə 133 milyon dollar ilə İrlandiya olub. İkinci yerdə 42,4 milyon dollarla Böyük Britaniya, üçüncü yerdə isə 22,5 milyon dollarla ABŞ qərarlaşıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [13:54]
Orban: Avropa İttifaqı Macarıstana qarşı müharibə elan edib
- 11.02.2026 [13:50]
Media: Təhlükəsizlik təmin olunmayanadək Ukraynada seçki keçirilə bilməz
- 11.02.2026 [13:43]
Sosial şəbəkələrdə yaş məhdudiyyəti məsələsi yenidən gündəmə gətirilir
- 11.02.2026 [13:42]
Məsud Pezeşkian: İran nüvə silahı yaratmağa can atmır
- 11.02.2026 [13:27]
Tramp Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi göndərə bilər
- 11.02.2026 [13:16]