Birinci sinfə qeydiyyatla bağlı suallar cavablandırılır
Bakı, 28 aprel, AZƏRTAC
Paytaxt məktəblərində I sinfə elektron qeydiyyatla bağlı vətəndaşları düşündürən məsələlərə daha ətraflı aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) feysbuk səhifəsində aprelin 28-dən 30-dək müvafiq suallara cavab verilir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, suallar şərhlər vasitəsilə saat 10:00-dan 18:00-dək cavablandırılır.
Valideynlər üçün daha bir imkanın yaradılmasında əsas məqsəd onları düşündürən məsələlərə operativ aydınlıq gətirmək və eyni sualı olan valideynlərə ümumi qaydada cavab verilməsini təmin etməkdən ibarətdir.
Xatırladaq ki, aprelin 27-si saat 11:00-dan 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Birinci sinfə şagird qəbulu prosesində məktəb və müəllim seçiminə isə aprelin 29-dan başlanılacaq. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]