Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik edib
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik edib.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin instaqram hesabında bununla bağlı etdiyi paylaşımda deyilir:
“Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirakını başa çatdırdı! Növbəti qızıl medalları Orxan Aslanov və Paralimpiyada rekordunu təzələmiş Lamiyə Vəliyeva qazandılar! Bütün qalibləri səmimi-qəlbdən təbrik edirəm! İdmançılarımıza təşəkkür edirəm! Siz Azərbaycanı layiqincə təmsil etdiniz! Yüksək bacarıq, qətiyyət, məqsədyönlülük nümayiş etdirərək, siz bütün azarkeşlərinizin ümidlərini doğrultdunuz! Bizim 14 qızıl, 1 gümüş və 4 bürünc medalımız var! Buna görə çox sağ olun! Hər birinizə möhkəm cansağlığı, sevinc, səadət, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [23:26]
Dünya çempionatı 2026-nın ilk qolu vurulub YENİLƏNİB
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [16:24]
Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [14:29]
“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur
- 11.06.2026 [14:07]