Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci yarımillikdə Qax rayonu əhalisinin gəlirləri 38 milyon 515 min manata çatıb

Birinci yarımillikdə Qax rayonu əhalisinin gəlirləri 38 milyon 515 min manata çatıb

Qax, 17 iyul (AZƏRTAC, Mustafa Dadaşov). İyulun 17-də Qax Rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirildi.

AZƏRTAC xəbər verir ki, hesabat məruzəsində ilin birinci yarısında rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının 39 milyon 663 min manat təşkil etdiyi qeyd olundu.

Bildirildi ki, 6 ayda 2,7 milyon manatlıq sənaye, 14,1 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 6,8 milyon manatlıq tikinti işləri həyata keçirilib. Əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 764 min manat artaraq 38 milyon 515 min manat olub. İlin birinci yarısında rayonda sahibkarlığın inkişafı və əhalinin məşğulluğunun təmini istiqamətində işlər davam etdirilib, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına sahibkarlara 12 layihə üzrə 227 min manat güzəştli kredit verilib. Bu müddət ərzində rayonda 239 yeni daimi iş yeri açılıb.

Qeyd olundu ki, Azərbaycan Prezidentinin “Qax rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 21 avqust tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına birinci yarımillikdə Qax şəhərinin bir prospekt və 5 küçəsində tikinti-təmir işləri aparılıb, həyət hasarlarının fasadı, evlərin dam örtüyü, küçə qapıları və darvazalar milli memarlıq üslubunda yenidən qurulub. Dövlətimizin başçısının digər Sərəncamı ilə ayrılmış vəsait hesabına hazırda 7 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi davam etdirilir. Yolun üzərində uzunluğu 33 metr olan körpüdə tamamlanma işləri görülür.

Diqqətə çatdırıldı ki, hesabat dövründə rayonun Zərnə, Qapıçay, Qorağan və İlisu kəndlərində 2012-ci ilin mayında baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşən uşaq bağçalarında bərpa-gücləndirilmə işləri başa çatdırılıb. Birinci yarımillikdə Qıpçaq kəndində həkim məntəqəsi, “Aqrolizinq” ASC-nin Qax rayon “Aqroservis” filialı üçün yeni bina, həmçinin Yaponiya hökumətinin qrant yardımı ilə Qax şəhərinin kənarında tullantıların yandırılması poliqonu tikilib istifadəyə verilib. Hazırda şəhərin 28 May küçəsində 100 yerlik yeni uşaq bağçasının tikintisi, şəhər 4 nömrəli tam orta məktəbində əsaslı təmir işləri davam etdirilir. İsmayıl Dağıstanlı küçəsində 100 yerlik daha bir uşaq bağçasının tikintisinə başlanılıb.

Hesabat məruzəsində qeyd olundu ki, ilin birinci yarısında yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə Kürmük çayı hövzəsində 141 metr uzunluğunda dəmir-beton və 78 metr uzunluğunda daş-beton bəndlər tikilib, mövcud bəndlərdə təmir işləri görülüb, çaylarda 365 min kubmetr həcmdə məcratəmizləmə işləri aparılıb. Dövlət meşə fonduna aid 30 hektar sahədə 35 mindən çox ağac əkilib.

Diqqətə çatdırıldı ki, hesabat dövründə rayonda 458 mənzil qazlaşdırılıb. Hazırda rayonda 15 min 567 ev təsərrüfatından 7 min 409-u, yəni 47,5 faizi, əhalinin isə 30 min 650 nəfəri, yəni 55,8 faizi təbii qazdan istifadə edir. İlisu və Şotavar kəndlərinin qazlaşdırılması davam etdirilir.

Yığıncaqda bildirildi ki, 2014-cü ilin birinci yarısında müvafiq qurumlar tərəfindən rayonda 347 ailəyə ünvanlı sosial yardım, 214 nəfərə əmək pensiyası təyin olunub. İyunda keçirilən sonuncu əmək yarmarkasında 51 nəfər müvafiq işlərə göndəriş əldə edib. Rayon telekommunikasiya qovşağında yeni avadanlığın quraşdırılması sayəsində sürətli internet istifadəçilərinin sayı 468 abonent artaraq 2645-ə çatıb.

Qeyd olundu ki, havaların uzun müddət quraq keçməsi taxılçılığa müəyyən ziyan vursa da, heyvandarlıq məhsulları, o cümlədən ət, süd və yumurta istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

İclasda, həmçinin birinci yarımillikdə əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər ətraflı müzakirə olundu, qarşıda duran vəzifələrdən bəhs edildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ŞKTC Prezidenti: Lefkoşa öz siyasətini Ankara ilə tam razılaşdırılmış şəkildə qurur

“Milan” Alleqri ilə yollarını ayırıb

90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Fransa ordusu üçün həlledici seçim: yerli sistemlər, yoxsa ABŞ-nin “HIMARS”ı?

Bu saata olan əsas xəbərlər

Düşənbədə su festivalı

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Fransa əhalisinin təxminən yarısı immiqrasiyanın təsirinə məruz qalıb

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

BDU-da keçirilən “Çin dili körpüsü” müsabiqəsinin qalibləri məlum olub

WUF13: Bakı qlobal urbanizasiya gündəliyinin mərkəzinə çevrildi - ŞƏRH

Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayevdən

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

®  “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

® “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi

® “Rabitəbank” “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir

® "AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan ediblər

AQTA: Gülçülük məhsullarının beynəlxalq bazarlara çıxarılması üçün fitosanitar tələblərə uyğunluq təmin edilməlidir

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Sumqayıt Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb

Moldova Respublikasının Prezidenti Maya Sandudan

Fransa istilik dalğası ilə üzləşib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

“Uzaq sahillərdə” sərgisi gənc rəssamların daxili dünyasını rənglərlə açır

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

WUF13 Azərbaycanın qlobal nüfuzunun güclənməsinə xidmət edən mühüm platforma oldu ŞƏRH

Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

BDU-da IV respublika olimpiadası: tələbələr 5 fənn üzrə biliklərini sınayıblar

Berlində 30-cu Mədəniyyətlər Karnavalı coşqu ilə qeyd olunur

WUF13-ün Bakıda keçirilməsi beynəlxalq təşkilatların ölkəmizə etimadının göstəricisidir RƏY

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusuna növbəti tədris ili üçün 180 yer nəzərdə tutulur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyası

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür

Məişət zorakılığından zərər çəkmiş 16 nəfərə sosial reabilitasiya xidmətləri göstərilir

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Siyasi şərhçi: Qarabağdakı quruculuq WUF13-də postmünaqişə inkişaf modeli kimi diqqət çəkib

Azərbaycan nümayəndə heyəti Fransada regional seminarda iştirak edib

Akademik Rafael Hüseynov: Cavad Heyət Azərbaycanın həmişə iftixar duyduğu şəxsiyyətdir

Azərbaycanın Müstəqillik Günü Rustavidə qeyd olunub

Ədəbiyyat Muzeyində türkoloq-alim Cavad Heyətin xatirəsi anılıb

AQTA-nın sədri sahibkarlarla görüşəcək

Tural Gəncəliyev: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın böyük siyasi və diplomatik qələbəsidir

Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimatı olub

Professor: Azərbaycan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi - ŞƏRH

Baş katib: Tanınmış futbolçuların minifutbolda çıxış etməsi Avropa çempionatının rəqabət səviyyəsini daha da artırır

Azərbaycanlı alim beynəlxalq simpoziumda Azərbaycanın kənd təsərrüfatı irsindən danışıb

Şərqi Zəngəzurda meyvə bağlarında monitorinq aparılıb

® “Birbank” və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0 faizdən başlayan ilkin ödənişlə avtomobil əldə edin

“Qarabağ” Toral Bayramovla yollarını ayırıb

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda duz istehsalı 28 faiz artıb

Anakliya layihəsinin birinci mərhələsi 2029-cu ilə qədər başa çatdırıla bilər

Paytaxtda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Kreml Ermənistana Aİİ daxilində Rusiya qazı üçün güzəştli qiymətləri xatırladıb

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın iki filmi “SFC | Rendez-vous Industry” proqramında

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın qlobal miqyasda konstruktiv rolu yenidən təsdiqləndi - RƏY

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Daşkənddə beynəlxalq xeyriyyə festivalında Azərbaycan guşəsi birinci yerə layiq görülüb VİDEO

Daşkənddə beynəlxalq xeyriyyə festivalında Azərbaycan guşəsi birinci yerə layiq görülüb VİDEO

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

BMU tələbəsinin layihəsinə “Startap” şəhadətnaməsi verilib

Şəbnəm İsayeva: Ağır metallarla çirklənmiş torpaqların bərpası mərhələli şəkildə aparılmalıdır

Şərqşünaslıq İnstitutunda Müstəqillik Gününə həsr edilmiş elmi sessiya

Valideyn himayəsindən məhrum uşaqlara onlayn təhlükəsizlik qaydaları öyrədilib

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən

Premyer Liqa uğrunda pley-off matçını idarə edəcək hakim açıqlanıb

Qazax stadionunun güləş zalı yenidən qurulur

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayedən

Fransanın ədliyyə naziri ölkədə dəyişikliklərin həyata keçirilməsini təklif edib

Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır

Prezident: Kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır

Təranə Vəliyeva: Yaradıcılıq məşğələləri uşaqlarda özünəinam hissi yaranmasına kömək edir

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb

Prezident İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir

Kosmik hava proqnozu açıqlanıb

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib YENİLƏNİB VİDEO

Qərbi Avropada qızmar istilərə hazırlıq görülür

“Sabah”ın futbolçusu Özbəkistan millisinin dünya çempionatı üçün ilkin heyətinə çağırılıb

WUF13 Bakının beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi rolunu bir daha təsdiqlədi - ŞƏRH

“PAŞA Bank” IPO üzrə abunə yazılışının müddətini uzadıb VİDEO

“PAŞA Bank” IPO üzrə abunə yazılışının müddətini uzadıb VİDEO

Azərbaycan yaşıl urbanizasiya modelinin regional nümunəsini formalaşdırır – ŞƏRH

Teatr sənəti üzrə yazı müsabiqəsi elan edilir