RƏSMİ XRONİKA
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zaid Al Nəhyana
Əlahəzrət,
Milli bayramınız - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 noyabr 2010-cu il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2024 [14:13]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 15.06.2024 [21:40]
Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
- 10.06.2024 [19:07]
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
- 10.06.2024 [18:11]