Birləşmiş Ştatlardakı qazma qurğularının sayı 251-ə enib
Bakı, 25 iyul, AZƏRTAC
ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı azalır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 2 ədəd azalaraq 251 olub. Bu, son 4 ilin minimum göstəricisidir. Qazma qurğularının sayı ardıcıl 20-ci həftədir ki, azalır. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 695 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı bir ədəd artaraq 181 olub. Bu, 2009-cu ilin iyunundan bəri ən aşağı göstəricidir. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 595 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 3 ədəd azalaraq 68 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 101 ədəd azalıb. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma - 316-ya düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]