Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib YENİLƏNİB VİDEO

Bişkek, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

-Möhtərəm İlham Heydər oğlu.

Hörmətli nümayəndə heyətinin üzvləri.

Hörmətli İlham Heydər oğlu, Sizi və başçılıq etdiyiniz Azərbaycan Respublikasının nümayəndə heyətini Qırğız Respublikasında səmimi-qəlbdən salamlayıram. Bizim dəvətimizi qəbul edib ölkəmizə dövlət səfəri etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Biz Sizin səfərə Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi xüsusi əhəmiyyət veririk. Bizim qarşımızda gələcəkdə qarşılıqlı münasibətlərimizin strateji hədəflərini və fəaliyyət alqoritmini, eləcə də istiqamət parametrlərini, məzmun və xarakterini müəyyən etmək vəzifəsi durur. Biz dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazırıq. Məhdud tərkibdə görüşdə biz artıq əməkdaşlığımızın çoxlu mühüm məsələlərini müzakirə etdik, onun başlıca istiqamətlərini, prioritetləri müəyyənləşdirdik və Dövlətlərarası Şuranın iclası çərçivəsində müzakirəni davam etdirəcəyik.

Ticarət və investisiya əməkdaşlığından danışarkən mən məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu gün biz Sizinlə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun mühüm rolunu nəzərdən keçirdik. Bu Fond Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında sürət katalizatoruna və fəaliyyət mexanizminə çevrilməlidir.

Sevindirici haldır ki, bizim ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasının vacibliyi anlayışı var. Onun indiki səviyyəsi hələ ki, potensialdan uzaqdır. Biz Azərbaycan Respublikasının biznes dairələrini bazarımızda salamlayırıq və bundan sonrakı tərəfdaşlığa açığıq. Biz investorların qorunmasına zəmanət veririk və ən əlverişli şəraiti təqdim etməyə hazırıq.

Hörmətli İlham Heydər oğlu. Ölkələrimiz arasında mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bunları qeyd etmək istərdim. Sevindirici haldır ki, biz ortaq tarixə, köklərə, mədəniyyətə, ənənələrə və milli xüsusiyyətlərə malikik. Çox qədim zamanlardan əcdadlarımız bizə dostluq və əməkdaşlıq vəsiyyət ediblər. Biz mədəniyyət, təhsil, elm, turizm, idman sahələrində münasibətlərin inkişafı məsələlərinə böyük əhəmiyyət veririk. Bu kontekstdə bizim Vətənimizin paytaxtı Bişkekdə sabah istifadəyə veriləcək Heydər Əlirza oğlu Əliyevin adına və Nizami Gəncəvinin adına iki ümumtəhsil məktəbinin birgə açılışı kimi ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı anlaşmanın, dostluq və əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verən belə əlamətdar layihələrin mühüm əhəmiyyətini xüsusi məmnunluqla vurğulamaq istərdim. Bu gözəl yerlərdə bizim gənclərimizin - Qırğızıstanın gələcəyinin təhsil alacağı fərəh doğurur. Əminəm ki, bizim oğlanlarımız və qızlarımız qardaş Azərbaycan ilə Qırğızıstan arasında dostluq və əməkdaşlıq körpüsünə çevriləcəklər.

Həmçinin böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, biz tikintisi azərbaycanlı dostlarımızın köməyi ilə bir gün əvvəl başa çatdırılan Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak edəcəyik. Ümid edirəm ki, bu gözəl park sakinlərin sevimli istirahət məkanı olacaq.

Xatırlayıram ki, Bakıdakı görüşümüzdə mən “Manas” dastanında əsrlərin dərinliklərindən gələn Qırğız mənəvi irsinin aparıcı mövzusunun birlik olması haqqında bizim dahi həmyerlimiz, yazıçı Çingiz Aytmatovdan sitat gətirdim. Bildiyimiz kimi, o, həmçinin bizim azərbaycanlı dostlarımıza da yaxındır. Biz birliyi, ləyaqəti, ədaləti dərindən qiymətləndirir, onlara ehtiramla yanaşırıq. Sevindirici haldır ki, bu keyfiyyətlər bizim azərbaycanlı qardaşlarımıza da xasdır.

Qırğız və Azərbaycan dillərində “namız” eyni əhəmiyyətə malikdir və “namus”, “vicdan”, “abır-həya” kimi tərcümə edilir, müxtəlif nitq çalarlarını əks etdirir.

Uzaq 1995-ci ildə “Manas” dastanının 1000 illik yubileyinin qeyd olunması zamanı Qırğızıstana səfər edən Azərbaycan xalqının dahi oğlu və ölkənin Ümummilli Lideri hörmətli Heydər Əlirza oğlunun sözlərindən sitat gətirmək istəyirəm. O qeyd edirdi ki, biz bir-birimizi qəlbimizlə hiss edirik və anlayırıq.

Biz öz tərəfimizdən, həmçinin vurğulamaq istəyirik ki, azərbaycanlı qardaşlarımızla əməkdaşlığın bütün istiqamətləri üzrə səmərəli işə hazırıq.

Hörmətli İlham Heydər oğlu, diqqətinizə görə təşəkkür edirəm. Sizi bir daha salamlamağa şadam və sözü Sizə verirəm, buyurun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Səmimi sözlərə görə çox sağ olun, hörmətli Sadır Nurqojoyeviç. Həm xalqlarımız arasında qardaşlıq xarakteri daşıyan əlaqələrə, həm də Qırğızıstan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə verdiyiniz qiymətlə tam şərikəm. Qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə bir daha minnətdarlığımı bildirmək istərdim. Çox şadam ki, bu səfəri həyata keçirirəm. İndiyədək mən iki dəfə qardaş Qırğızıstan torpağında olmuşam, lakin bu səfərlər beynəlxalq tədbirlərdə iştirakla bağlı olub. Amma Qırğızıstana rəsmi dövlət səfərim ilk dəfədir və o, demək olar Sizin rəsmi səfərinizdən yarım il sonra həyata keçir ki, bu da münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir.

Həmçinin bizim xalqlarımızı birləşdirən və dövlətlərarası münasibətlər üçün möhkəm təməl rolunu oynayan ortaq tarixi köklərimizi, mədəni köklərimizi qeyd etmək istəyirəm. Bu gün mən Xatirə Memorialını, Qırğız xalqının dahi oğlu Çingiz Aytmatovun məzarını da ziyarət etdim. Bakıda onunla görüşmək mənə nəsib olub və bu görüşləri səmimiyyətlə xatırlayıram. O, həqiqətən təkcə Qırğız xalqının deyil, bütün Türk dünyasının fəxridir.

Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü, fikrimcə, bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.

Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır. Müvafiq Bəyannamə Sizin səfəriniz zamanı Bakıda imzalanıb və biz bu gün artıq məhdud tərkibdə görüşdə bu Bəyannamənin necə uğurla həyata keçməsi barədə fikir mübadiləsi apardıq. Biz onu daha konkret məzmunla zənginləşdirəcəyik. Düşünürəm ki, Birgə İnvestisiya Fondunun yaradılması barədə qərar belə amillərdən biridir.

Biz artıq o barədə danışmışıq, fondun fəaliyyəti, onun kapital qoyuluşunun istiqamətləri üzrə konkret təkliflər gözləyirik ki, vaxt itirmədən əmtəə dövriyyəsinin yaxşılaşdırılmasına daha tez töhfə verək. Mən Sizin rəyinizlə razıyam, səfər ərəfəsində ikitərəfli münasibətlərin materialları ilə tanış oldum və əlbəttə, gördüm ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi demək olar rəmzidir, lakin yaxşı imkanlar mövcuddur. Qırğızıstanda həyata keçirilən islahatlar əminəm ki, sürətli iqtisadi artıma, biznes və xarici investorlar üçün yeni imkanların yaradılmasına kömək olacaq.

Azərbaycana gəlincə, biz artıq uzun illərdir ki, dost ölkələr üçün investoruq və bizim investisiyalar vəsait qoyduğumuz ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi işinə həmişə xidmət edib və xidmət edir, bizim qarşılıqlı maraqlarımıza xidmət edir - onlar iş yerləri, biznesin inkişafı üçün yeni imkanlar yaradır. Beləliklə, düşünürəm ki, birgə fondun yaradılması mənim səfərimin ən mühüm nəticələrindən biridir.

Əlbəttə ki, biz ilk dəfə olaraq Dövlətlərarası Şuranın iclasını keçiririk. Biz, əslində, münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq. Artıq qeyd etdiyimiz kimi, bizim hökumətlərarası komissiyanın iclası nisbətən bu yaxınlarda Bakıda təşkil olunub və gələn il Bişkekdə keçiriləcək. Dövlətlərarası Şura, hökumətlərarası komissiya - bunlar o mexanizmlərdir ki, bizə həmişə, necə deyərlər, əlimizi nəbzimizdə tutmaq və qeyd etdiyimiz hədəflərə nail olmaq üçün nə etmək lazım olduğunu görmək imkanı verəcək.

Xalqlarımız arasında münasibətlər, əslində, böyük tarixə malikdir və Siz öz çıxışınızda humanitar sahədə əməkdaşlığı qeyd etdiniz. Biz Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə yüksək etimada görə minnətdarıq. Bişkekin böyük məktəblərindən birinə onun adı verilib. Eləcə də Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin adı başqa məktəbə verilib. Biz bunu xalqımıza hörmət əlaməti kimi dəyərləndiririk və buna yüksək qiymət veririk.

Mən Qırğızıstan-Azərbaycan Dostluq Parkının istirahət məkanı və Qırğızıstan paytaxtının inkişaf edən simasını bəzəyən yeni layihələrdən biri olacağı barədə fikrinizlə şərikəm.

Dəvətə, qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Qardaş Qırğız xalqına Azərbaycan xalqı adından dərin hörmətimi ifadə edirəm. Sağ olun.

Prezident Sadır Japarov: Hörmətli İlham Heydər oğlu, səmimi sözlərinizə görə çox sağ olun.

X X X

Sonra ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə çıxışlar oldu.

X X X

Daha sonra dövlət başçıları çıxış etdilər.

Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

Möhtərəm İlham Heydər oğlu, hörmətli nümayəndə heyətinin üzvləri. Qırğız Respublikası ölkələrimiz arasında dövlətlərarası münasibətlərin inkişafına mühüm əhəmiyyət verir, Azərbaycana etibarlı dost və tərəfdaş qismində baxır.

Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Qırğızıstan-Azərbaycan əməkdaşlığı dinamik inkişaf edir, ölkələrimiz arasında heç bir siyasi ziddiyyət yoxdur. Biz siyasi dialoqun möhkəmlənməsinə, daha sıx iqtisadi əlaqələrin qurulmasına, o cümlədən nəhəng investisiya layihələrinin birgə reallaşdırılmasına, beynəlxalq platformalarda fəal qarşılıqlı əlaqələrin, habelə mədəni-humanitar əməkdaşlığın gələcək inkişafına hədəflənmişik.

İnanıram ki, biz beynəlxalq təşkilatlar və regional birliklər çərçivəsində konstruktiv əməkdaşlığın gələcək inkişafını birgə səylərlə təmin edəcəyik.

Heç bir şübhə yoxdur ki, ölkələrimiz arasında çoxəsrlik tarixə, ortaq ənənələrə, dilə və mədəni-mənəvi irsə əsaslanan dostluq telləri və qarşılıqlı qardaşlıq münasibətləri gələcək inkişaf və dərinləşmə üçün zəmin yaradır.

Əminəm ki, bu gün imzalanmış sənədlər gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə kömək edəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Hörmətli Sadır Nurqojoyeviç.

Hörmətli nümayəndə heyətinin üzvləri.

Biz bu gün belə tərkibdə əməkdaşlığımızın mühüm istiqamətləri üzrə nümayəndə heyətinin üzvlərinin şərhlərini dinlədik. Bu, bir daha sübut edir ki, hər iki tərəf konkret nəticəyə istiqamətlənib. Düşünürəm ki, həm iqtisadi, nəqliyyat, mədəni-humanitar sahələrdə əməkdaşlıq üzrə, həm də investisiya layihələri çərçivəsində dinlənilən bu məlumatların konkret nəticəsi olacaq. Çünki bütün bu istiqamətlər üzrə ölkələrimizin və xalqlarımızın yaxınlaşdırılmasına dair ümumi fikir mövcuddur.

Biz artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik. Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək.

Biz bu gün məhdud tərkibdə görüş çərçivəsində təhsillə bağlı məsələlərdən də danışdıq. Düşünürəm ki, bu sahədə də ölkələrimizin aparıcı ali məktəblərində tələbələrimizin təhsil alması və gənc nəslin nümayəndələri arasında təmasların qurulmasına dair konkret proqramı müəyyən etmək lazımdır. Çünki onlar gələcəkdə bizim kimi köklərimizə, ənənələrimizə, ölkələrimiz arasında hisslərə bağlı olmalıdırlar.

İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyini xüsusilə vurğulamaq istərdim. Qeyd edildiyi kimi, artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları, necə deyərlər, bizə kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. İlk növbədə, söhbət dəmir yolundan gedir. Biz Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərarı dəstəkləyirik. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. Əlbəttə ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Bunun indi baş verməsi də, əlbəttə ki, anlaşılandır. Lakin əsas odur ki, bizim regionda və Qərbi Xəzər regionunda həyata keçirilən bütün bu layihələr elə sinxronlaşdırılmalıdır ki, biz liman imkanlarımızın həm artırılmasını, həm də genişləndirilməsini planlaşdıra bilək. Artıq deyildiyi kimi, Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırırıq. Prinsipcə, bu cür planlar əvvəllər də mövcud idi, lakin biz buna uzaq perspektiv kimi baxırdıq. Lakin hazırda bəzi günlərdə limanda, hətta tıxaclar da yaranır. Çünki yüklərin həcmi sürətlə artır. Burada rəqəm artıq səsləndirilmişdi, 9 ay ərzində 60 faiz artım - bu, yüklərin nəql edilməsində əhəmiyyətli göstəricidir.

Azərbaycandan, həmçinin çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də keçir. Azərbaycanın müəyyən qovşaq nöqtələrində bu iki dəhliz təbii ki, kəsişir, artıq həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək imkanı yaradır. Buna görə düşünürəm ki, həm hökumətlərarası komissiyalar, həm də ola bilsin, nəqliyyat sahəsi üzrə daha tez-tez məsləhətləşmələr çərçivəsində hansısa mərhələdə xüsusi işçi qrupunun yaradılmasına dəyər ki, bu, daim təmasda ola bilər. Çünki burada həyata keçirilən layihələr haqqında informasiya ilə bağlı, yenə də sinxronlaşdırma ilə bağlı məsələlər çox vacibdir. Çünki sizin regionda infrastruktur layihələri hazır olan zaman biz nəqliyyat potensialımızı genişləndirməyə hazır olmalıyıq ki, investisiyalar vaxtında və necə deyərlər, daha səmərəli olsun.

Buna görə də düşünürəm ki, bu istiqamətdə və bütün digər istiqamətlərdə çox ciddi potensial var. Bu gün bizim gündəliyimiz geniş oldu. Əminəm ki, planlaşdırdığımız hər bir işi icra edəcəyik. Biz prezidentlər kimi qərarların icrasına nəzarət edəcəyik. Dövlətlərarası Şura müntəzəm görüşəcək. Buna görə də nümayəndə heyətinin bütün üzvlərini fəal çalışmağa və nəticə yönümündə işləməyə dəvət edirəm. Çox sağ olun.

Prezident Sadır Japarov: Çox sağ olun, İlham Heydər oğlu. Sizin irəli sürdüyünüz təklifləri, fikirləri əminəm ki, tezliklə həyata keçirəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib YENİLƏNİB VİDEO

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH