“Biz sağlam həyat tərzi seçirik, narkotiklərə yox deyirik” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Növbəti maarifləndirmə tədbiri Saatlı rayonunda təşkil olunub.
Noyabrın 15-də Saatlı Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə birgə Saatlı Tibb Kollecində “Biz sağlam həyat tərzi seçirik, narkotiklərə yox deyirik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı iştirak edərək gənclər arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları şagirdlərə təqdim olunub.