Blinken: İsrail yerüstü əməliyyata başlayıb-başlamamağa özü qərar verməlidir
Bakı, 22 oktyabr, AZƏRTAC
İsrail Qəzza zolağında yerüstü əməliyyata başlayıb-başlamamağa müstəqil qərar verməlidir. Vaşinqton yalnız məsləhət verə bilər.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın dövlət katibi Antoni Blinken bunu NBC telekanalında bildirib.
“Bu, İsrailin özünün verməli olduğu qərardır. Biz yalnız məsləhət verə bilərik”, - deyən Blinken, ABŞ-ın İsraillə mütəmadi olaraq əlaqə saxladığını vurğulayıb. Eyni zamanda, dövlət katibi əlavə edib ki, “İsrailin özünü müdafiə etmək təkcə haqqı deyil, həm də öhdəliyi olsa da, Qəzzada insanlar humanitar yardım almalı və mülki şəxslər qorunmalıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]