Blinkenin jurnalisti mətbuat konfransından zorla uzaqlaşdırması sərt tənqid edilir
Bakı, 18 yanvar, AZƏRTAC
Dünyaya söz və mətbuat azadlığı dərsi verən ABŞ-ın dövlət katibi Antoni Blinkenin jurnalisti mətbuat konfransından zorla kənarlaşdırması faktı beynəlxalq təşkilatlarda mənfi rezonans doğurub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı cümə günü, yanvarın 17-də S.Hüseyni adlı jurnalistin sual vermək istəyərkən ABŞ dövlət katibi Antoni Blinken tərəfindən mətbuat konfransından zorla uzaqlaşdırılmasından narahatlığını bildirib.
RSF səlahiyyətliləri cümə axşamı baş verən hadisələr üçün presedent yaratmamağa və jurnalist S.Hüseyninin işini əlavə maneələr olmadan yerinə yetirməsinə icazə verməyə çağırıb. Müraciətdə deyilir: “Jurnalistlərə qarşı bu cür rəftar hər hansı bir administrasiya üçün qəbuledilməzdir və presedentə çevrilməməlidir”.
Həmin brifinqdə digər jurnalist Maks Blumental da ABŞ-ın dövlət katibinə etirazını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]