Azərbaycan Dövlət İnformasiya Agentliyi

Blogerlər: Blokada şəraitində yaşayan bir diyarda bu cür infrastrukturun yaradılması inanılmazdır

Naxçıvan, 20 noyabr, AZƏRTAC

Yerli blogerlərin muxtar respublikaya səfəri davam edir. Bu dəfə qonaqlar Batabat yaylağı, Zəngəzur Dövlət Təbiət Qoruğu və Ağbulaq İstirahət Mərkəzi ilə yaxından tanış olublar.

Blogerlər AZƏRTAC-ın Naxçıvan bürosunun müxbirinə təəssüratlarını bölüşüblər.

İnteryer-dizayner, youtuber Azər Baxşıyev: Naxçıvana ilk dəfə gəlməyimə baxmayaraq, bu diyar haqqında çox eşitmişdim. Kimlər ki, bu yerlərdə olmuşdu, onlar bizdə müəyyən təəssürat yaratmışdı. Lakin gəlişimizlə eşitdiyimizdən tamamilə fərqli Naxçıvanla qarşılaşdıq. Fərqli üslubda gözəlliklər şəhəri adlandıra bilərəm buranı. Dizayner kimi əsas diqqətimi çəkən binaların qədimiliyini qorumaq yolu ilə müasirləşdirilməsi oldu. Memarlığı, şəhərsalma mədəniyyəti ilə yanaşı, bu yerin təbiəti məni valeh etdi. Hətta gələcəkdə bir interyer-dizayner kimi burada hər hansı bir ofis yaradıb Naxçıvan memarlığına öz töhfələrimi də vermək istəyərəm.

Batabat yaylağında vəhşi təbiəti hiss edə bildik. Gölləri, bulaqları ilə hər zaman dillərdə əzbər olan bu yerləri izləyicilərimizə çatdırmağa tələsirəm. Onu da deyim ki, insanların qonaqpərvərliyi bizi valeh etdi. İzləyicilərim içərisində naxçıvanlılar da var ki, onların hər biri burada olduğumuzu bilən kimi qonaq dəvət edir. Ümumiyyətlə, bu qonaqpərvərliklə hər addımbaşı rastlaşırıq. Mətbəxi isə demək olar ki, ağız dadımızı tamamilə dəyişdi. Düzdür, Azərbaycan mətbəxinin tərkib hissəsidir, lakin burada hazırlanan təamlar bizi daha çox cəlb etdi. Xüsusilə heyva dolmasını qeyd edə bilərəm.

Biz artıq üçüncü gündür ki, buradayıq. Bir çox yerlərə səfər etmişik. Onlardan Heydər Əliyev Muzeyi, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olduq. Burada dəyərli eksponatlar diqqətimizi çəkdi. Əsasən, Ümummilli Liderimizin adını daşıyan muzeydə dahi şəxsiyyətə məxsus əşyalar, çətin dövrdə şam işığında imzalanmış sənədlərə tamaşa etmək qürur hissi doğurdu. Möhtəşəm və ən yaddaqalan ekskursiyamız isə Əlincəqala Tarix-Mədəniyyət Muzeyinə oldu. İnsan tarixin qürurverici anlarını yaşayır, sanki. İllərlə işğalçıların mühasirəsində qalmaq və təslim olmamaq burada yaşayan insanların qəhrəmanlığının rəmzidir. Bir zamanlar texnikanın, şəraitin olmadığı dövrlərdə belə, bir qalanı inşa edənlərə isə, sadəcə, əhsən demək olar. Bu gün isə müasir standartlarla təmir-bərpa işlərinin aparılması burada yaşayan insanların tariximizə, milli dəyərlərimizə verdiyi qiymətdir. Başımızın üzərində süzən qartallar da, sanki Naxçıvan əhalisinin məğrurluğundan pay alıblar. Onu da deyim ki, 44 günlük Vətən savaşımızda Naxçıvan igidlərinin seçilməsi göz qabağında idi. Təbiidir ki, müharibə varsa, şəhid də olmalıdır. Lakin burada hər gələn şəhidin ehtiramla, elliklə qarşılanması diqqəti daha da cəlb edirdi.

Elnarə Nəhmədova: Mən də bir çox iştirakçı kimi ilk dəfədir, Naxçıvandayam. Səfərimizin ilk başladığı gün gedəcəyimiz əraziləri öyrəndikcə xüsusi maraqla qarşılayırdıq. Görəsən, necə bir yerdir, nələrlə qarşılaşacağıq deyə. Amma artıq getdiyimiz hər bir bölgədə rastlaşdığımız auradan, insanların səmimiyyətindən bizdə bir əminlik yaranıb. Buradakı qardaşlıq, səmimiyyət, hər şey çox gözəldir. İlk olaraq onu deyim ki, Naxçıvan tam olaraq təbiət parkı kimi bir yerdir. Xüsusilə havası çox gözəldir. Şəhəriniz isə təmiz və səliqəlidir. Bir neçə gündür ki, buradayıq. Bu günlər ərzində fərqli yerlərdə olduq. Onlar arasında ən çox diqqətimi Duzdağ Fizioterapiya Mərkəzi çəkdi. Buradan görüntüləri paylaşan kimi bir çox izləyicilərim bu yerin faydasını necə gördüklərini yazdılar. Yəni Naxçıvan haqqında müsbət rəyləri tək mən yox, buraya ayrı-ayrı zamanlarda gələn izləyicilərim də vermiş oldu. Fürsətdən istifadə edib istirahət üçün xarici ölkələrə vəsait xərcləyən izləyicilərimə bu yerlərin səfasından danışacağam ki, öz doğma yerlərimizi gəlib görüb, faydalansınlar.

Burada diqqətimi çəkən məqamlardan biri də mətbəx nümunələri oldu. Çünki mən qidalanmağıma xüsusi diqqət yetirirəm. Öyrənəndə ki, Naxçıvanda qida məhsullarına xüsusi nəzarət var bu məni sevindirdi. Hətta 2 ildən artıqdır ki, ət yeməkləri dadmadığım halda, burada ətin dadına baxdım. Mətbəxi, bir sözlə, möhtəşəmdir. Mənim üçün burada ən heyrətamizi Əlincə qalası oldu. Bura qalxmaq o qədər asan olmasa da, hər bir iştirakçı alınmaz qala kimi tarixə düşən bu yerləri görmək üçün dəniz səviyyəsindən kilometrlərlə yüksəklikdə yerləşən bu qalaya qalxmağa can atdı. Aldığımız məlumatları, eləcə də buranın görüntüsünü izləyicilərimə çatdırmaq isə mənim üçün çox qürurverici bir vəzifədir. Mənim kimi bu yerlərdə ilk dəfə olanlar var ki, onlar həm özləri Naxçıvanı kəşf edir, öyrənir, həm də milyonlarla izləyicini bu yerlərə səyahət etdirməklə tanıtmış olurlar. Əminəm ki, geri qayıtdıqdan sonra danışmaqdan doymayacağım ünvanlar içərisində Əlincəqalanın, Duzdağ Fizioterapiya Mərkəzinin xüsusi yeri olacaq.

Blokada şəraitində yaşayan bir diyarda bu cür infrastrukturun yaradılması inanılmazdır. Burada gördüklərimi kənardan danışsaydılar, bəlkə də, inanmazdıq. İnsanların istirahəti üçün yaradılan şərait möhtəşəmdir. Fürsətdən istifadə edib kanat gəzintisində də olduq. Məlumat verdilər ki, kanat 900 metrdən çox sahəni əhatə edir və 260 metrə yaxın yüksəkliyə qalxır. Burada qış turizminin ən maraqlı sahəsi olan xizəkçilik də fəaliyyət göstərir. Təəssüf ki, hazırda qar olmadığından biz ondan istifadə edə bilmədik, amma insanlar üçün bu cür şəraitin yaradılması, əlbəttə ki, ürəkaçandır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH