BMT Baş Assambleyasının prezidenti: miqrant qadınların 71 faizi insan alverinin qurbanına çevrilir
Bakı, 28 fevral, AZƏRTAC
BMT Baş Assambleyasının prezidenti Maria Fernanda Espinosa təşkilatın Nyu-Yorkdakı baş qərargahında keçirilən ilin ilk dayanıqlı inkişaf problemlərinə həsr olunmuş toplantısında bildirib ki, miqrant qadınların 71 faizi insan alverinin qurbanına çevrilir. Onun sözlərinə görə, dövlətlər və beynəlxalq təşkilatlar əsasən Avropa ölkələrinə axın edən bu insanların potensial imkanlarından səmərəli istifadə etməklə onların cəmiyyətlərə faydalı olmasını təmin edə bilərlər.
M.F.Espinosa əlavə edib ki, hazırda miqrantların 85 faizi yerləşdikləri ölkələrdə əmək fəaliyyətinə cəlb olunub və bu, onların həmin dövlətlərə faydalı olacağının göstəricisidir. O vurğulayıb ki, hökumətlərin miqrasiya prosesini birgə səylərlə tənzimləməsi və bu kateqoriyadan olan uşaqların təhsilə cəlb olunması dünyada yoxsulluğun azalmasına, cinayətkarlığın və münaqişələrin qarşısının alınmasına kömək edəcək.
BMT-nin dayanıqlı inkişaf hədəfləri üzrə əsas müzakirələr cari ilin sentyabrında Baş Assambleyanın növbəti sessiyasında dövlət və hökumət başçılarının iştirakı ilə aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]