BMT-nin Baş katibi ekspertlər qrupunun İrana dair hazırladığı hesabatı təsdiqləyib
Tehran, 6 sentyabr AZƏRTAC.
BMT-nin Baş katibi Antonio Quterreş ekspertlər qrupunun İrana dair hazırladığı hesabatı təsdiq edib.
AZƏRTAC xəbər verir ki, hesabatda ABŞ-ın sanksiyalarının İran iqtisadiyyatına və xalqın sosial vəziyyətinə mənfi təsir göstərdiyi qeyd olunub. Nəzərə çatdırılıb ki, sanksiyalar humanitar yardımların qarşısını alır ki, bu da İranda Əfqanistan və Suriya qaçqınlarının vəziyyətini daha da pisləşdirir. Ötən ilin noyabr ayından başlayaraq İranın neft sahəsinə tətbiq olunan sanksiyalar nəticəsində Avropa dövlətlərinin və ABŞ-ın banklarında İrana məxsus 10 milyard dollar həcmində vəsait dondurulub.
Hesabat müəllifləri bildiriblər ki, ilin sonuna kimi İranda infilyasiya 50 faizə qədər yüsələ bilər. Hazırda İranın 700-dən çox müəssisəsi sanksiyalar altındadır. Bu müəssisələr sırasında böyük banklar, nəqliyyat və dənizçilik şirkətləri də var. Ölkədə fəəaliyyət göstərən xarici şirkətlər ABŞ-ın sanksiyalarından çəkinərək İranda işlərini davam etdirmək istəmirlər. Onlar ya ölkəni tərk edir, ya da fəaliyyətlərini azaldırlar ki, bu da investisiya proqramlarının icrasını dayandırır.
BMT-nin Baş katibi ABŞ-a müraciət edərək İrana qarşı sanksiyalar siyasətinin yenidən nəzərdən keçirilməsini istəyib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]