BMU məzunu Böyük Britaniyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirib
Bakı, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Nərmin Əliyeva Böyük Britaniyada tədbir təşkil edib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirakçılara Xocalı soyqırımının əsl sifarişçiləri, ermənilərin təcavüzkar planları, törətdikləri qanlı terror aktı haqqında ətraflı məlumat verilib, həmçinin real tarixi faktlara əsaslanan sənədli videomateriallar nümayiş olunub.
Qeyd edək ki, N.Əiyeva hazırda Böyük Britaniyanın Qlazqo Universitetində ikinci magistr təhsili alır. O, eyni zamanda Qlazqodakı Azərbaycan Cəmiyyətinin sədri kimi fəaliyyət göstərir.